Meliorasiya və su təsərrüfatı tikintisi kafedrası


"Meliorasiya və su təsərrüfatı tikintisi" kafedrası "Su Təsərrüfatı və Mühəndis kommunikasiya sistemləri" fakultəsinin tərkibinə daxildir. 2023-cü t.e.n., professor Z.S.Musayev rəhbərlik edir. Kafedrada "Meliorasiya mühəndisliyi", "Neft-qaz mühəndisliyi" və "Ekologiya mühəndisliyi" üzrə bakalavr və magistr pilləsində kadrlar hazırlanır. Kafedrada 3 professor, 13 dosent olmaqla 35 müəlim və 4 nəfərdən tədris köməkçi heyət fəaliyyət göstərir.

Yuxarıda qeyd olunan ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün xeyli sayda dərslik, dərs vəsaiti , metodik vəsaitlər, monoqrafiyalar, 30- dan çox  magistr  və 40-dan çox  bakalavr səviyyəsi üçün fənn  proqramı işlənib hazırlanmışdır. Bu vəsaitlərin çoxu ölkənin digər ali məktəblərində də istifadə olunur. Hər il kafedranın müəllimləri tərəfindən müxtəlif mövzularda elmi seminarlar keçirilir. Kafedra əməkdaşlarının indeksləşmiş beynəlxalq jurnallarda elmi məqalələri dərc olunur, patentlər alınmışdır. 2024/2025-ci tədris ilinin payız semestrində 2 nəfər qazaxıstan vətəndaşı bakalavr və magistr pilləsində bir neçə fənni tədris etmək üçün dəvət olunmuşdur.
 

 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]