Ekologiya kafedrası
Universitetin rektorunun 11.07.2012-ci il tarixli 217 saylı əmrinə əsasən “Su təchizatı və işlənmiş suların kənarlaşdırılması” kafedrası Ekologiya fənni daxil olmaqla “Ekologiya mühəndisliyi” kafedrası adı altında ilk dəfə fəaliyyətə başlamışdır. Həmin əmrə əsasən kafedranın rəhbərliyi prof. Fəqan Qənbər oğlu Əliyevə həvalə edilmişdir. Fəqan Əliyev texnika elmləri doktoru, professor , Rusiya Dövlət Memarlıq və İnşaat elmləri Akademiyasının həqiqi üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidentidir. Həmçinin Böyük Britaniya Oksford Universitetinin fəxri professorudur və bu universitetin qızıl medalı ilə təltif edilib.
Kafedranın professor-işçi heyəti 3 professor, 5 dosent daxil olmaqla 19 nəfərdən ibarətdir. Kafedranın müəllimləri universitetin 5 fakültəsində: Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri, Memarlıq, İnşaat texnologiyası, Nəqliyyat və İnşaat fakültələrində dərs aparırlar. İkipilləli təhsil sisteminə keçdikdən sonra kafedra bakalavr hazırlığı ilə bərabər magistr və doktorant hazırlığı ilə də məşğul olur.