İnformasiya texnologiyaları
“İnformasiya texnologiyaları mühəndisliyi” iхtisası üzrə bakalavr səviyyəsində mütəхəssis hazırlanır və оnun daхilində “İdarəetmədə informasiya sistemləri” iхtisaslaşması üzrə magistr hazırlığı yеrinə yеtirilir.
Bu gün İT mütəxəsissləri, fəaliyyət sahəsi informasiya texnologiyaları ilə əlaqəli olan kifayət qədər böyük bir mütəxəssis qrupu deməkdir. İnformasiya texnologiyaları həyatımızın demək olar ki, bütün sahələrinə möhkəm bir şəkildə daxil olub. Hazırda İT mütəxəssisi peşəsinin nümayəndələri gündəlik həyatda və istehsalatda informasiya texnologiyalarının tətbiqinin hər bir aspektində iştirak edirlər. İnformasiya texnologiyaları ixtisası üzrə təhsil alan tələbələr müasir informasiya texnologiyalarının informasiya prosesləri, informasiya resursları,informasiya sistemləri, elmi və texniki informasiyanın verilənlər bazası, biliklər bazası,informasiya məhsulu və xidmətləri bazarı kimi əsas anlayışları ilə dərindən tanış olur,informasiya texnologiyaları və informasiya sistemləri arasındakı əlaqəni öyrənirlər.Bu ixtisasın əsaslarına yiyələnməklə tələbələr informasiya sistemlərinin və texnologiyalarının fəaliyyətini dəstəkləyən və verilənlərin təhlükəsizliyini təmin edən proqram təminatından istifadəyə əsaslanan bilik və vərdişlər qazanır, həm də kompüter şəbəkələrində işin təşkili xüsusiyyətlərini öyrənməklə yeni tələblərə cavab verən texniki və proqram vasitələrinin sazlanmasını həyata keçirmək imkanı əldə edirlər. Bu ixtisas informatika və riyaziyyat ilə maraqlananlar üçün uyğun sahədir.
İxtisasın tarixi
"İnformasiya texnologiyaları" istilahı təxminən 1970-ci illərdə meydana gəldi. Amma onun əsas konsepsiyası daha əvvəl izlənilirdi. 20-ci əsr boyu ordular elektronika, kompüterlər, informasiya nəzəriyyəsini inkişaf etdirmək üçün müxtəlif sənaye sahələri ilə birləşdilər. 1971-ci ildə İT üçün əlamətdar hadisə baş verdi, belə ki, ilk e-poçt mesajı iki meynfreym arasında göndərildi. İlk kommersiya kompüteri ABŞ Siyahıyaalma Bürosu üçün C. Presper Ekkert Con Moçli tərəfindən hazırlanmış UNIVAC I olmuşdur. 1970-ci illərin sonunda mikrokompüterlərin inkişafında yüksəliş olmuşdur, 1981-ci ildə isə IBM fərdi kompüteri dünyaya təqdim olundu. O vaxtdan bəri, hər biri daha kiçik ölçülü və daha güclü avadanlıqla səciyyələndirilmiş bir addımı təmsil edən dörd kompüter nəsli gəldi. Birinci nəsil vakuum borularından, ikinci və üçüncü nəsillər tranzistorlardan və inteqral sxemlərdən istifadə edirdi. Son nəsil olan dördüncü nəsil çox böyük miqyaslı inteqrasiya sxemləri kimi daha mürəkkəb sistemlərdən istifadə edir.
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.