Maşın mühəndisliyi

Tədris planı
Təhsil proqramı

    “Maşın mühəndisliyi” iхtisası üzrə bakalavr səviyyəsində mütəхəssis hazırlanır və оnun daхilində “İnşaat yol maşınları və avadanlıqları” iхtisaslaşması üzrə magistr hazırlığı yеrinə yеtirilir.

    Sənaye və məişətin müxtəlif sahələrində çox çeşiddə, miqyasda və təyinatda  maşınqayırma avadanlıqlarından,vasitələrindən istifadə olunur. Eyni adlı və təyinatlı maşınqayırma məhsulları, bir məmulatın müxtəlif hissələri, müxtəlif müəssisələrdə və hətta müxtəlif ölkələrdə istehsal olunur. Buna baxmayaraq,onlar bir-birlərini bərabər səviyyədə əvəz edə bilmirlər. Maşın mühəndisliyi ixtisası məhz bu sahədə ixtisaslı kadrların hazırlanması məqsədi ilə yaradılmışdır. Maşın mühəndisi bütün növ maşınqayırma avadanlıqlarının, vasitələrinin qəbul olunmuş kriteriyalar əsasında dizaynlaşdırılan,istehsalını planlaşdıran istehsal texnologiyalarını inkişaf etdirən və test edən şəxslərdir. Bu ixtisas fizika,riyaziyyat,rəsm və kompüter elmləri ilə maraqlananlar üçün uyğundur.

İxtisasın tarixi

    Bu sahə üzrə ilk ali təhsil müəssisələrindən biri Amerika Birləşmiş Ştatlarında 1817-ci ildə indiki adı Norwich Universiteti olmuşdur.

İxtisasın gələcəyi

    İnsanlar istifadə etdikləri bütün maşın və texniki vasitələri fasiləsiz olaraq təkmilləşdirirlər. Onlar istismarda olan maşın və texniki vasitələri daha yüksək dəqiqliyə, istismar göstəricilərinə və məhsuldarlığa malik, insanın fiziki və əqli əməyini daha geniş məkanda əvəz edə bilən yeniləri ilə əvəz edirlər. Təbii ki qeyd olunan nailiyyətlər maşınqayırma sənayesinin müdaxiləsi olmadan mümkün deyildir. Məhz buna görə də dünyanın qabaqcıl ölkələrində,respublikamızda maşınqayırmanın inkişafına xüsusi diqqət yetirilir. Gələcəkdə Maşın mühəndisliyi və Süni İntellekt sahələrinin birgə, sıx əlaqəli inkişafı bu sahə üzrə gözlənilən ən real perspektivlərdəndir.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.