Xəbərlər və tədbirlər


     Cop29 tədbirləri çərçivəsində Azərbaycanda səfərdə olan Burkina Faso nümayəndə heyyəti AzMİU-da rəsmi görüşdə olmuşdur. Nümayəndə heyyətinə AzMİU-nun məzunu Konate Mussa Diakanu rəhbərlik edib.Görüşdə AzMİU-nun rektoru prof. G.H.Məmmədova qonaqları salamlayıb və universitetin tarixi, beynəlxalq əlaqələri barədə onlara məlumat verib.Konate Mussa tələbəlik illərinin nostaljisini paylaşıb. Konate Mussa hal hazırda məsləhət və inkişaf üçün mühəndislik (BACİDE) təşkilatında direktordur.

                  

              

 

          24.11.2024

 

___________________________________________________________________________________

 

 

 

 

  Universitetimizin beynəlxalq reytinqinin artması universitetimizdə əcnəbi tələbə sayının artmasına təkan verir.

    Keçən tədris ilindən əcnəbi vətəndaşların universitetə qəbulu portal.edu.az vasitəsilə aparılır.

2024/2025-ci tədris ilində universitetimizə  təhsilin bakalavr,magistr və doktorantura səviyyələri üzrə əcnəbi vətəndaşların qəbulu artıq  başa çatmışdır. Əcnəbi vətəndaşlar universitetimizdə  fərdi müqavilə,beynəlxalq mübadilə ,2-li diplom proqramları,DİM xətti ilə, Təhsil qrantları, HTP ilə təhsil alırlar. 

      Bu tədris ilində 124 nəfər əcnəbi vətəndaş universitetimizə qəbul olunmuşdur.

Bu keçən illərlə müqayisədə böyük göstəricidir.Əcnəbi tələbələrimizin coğrafi müxtəlifliyi də genişlənmışdir:

Türkiyə,Rusiya, Qazaxıstan,Gürcüstan,Qırğızıstan, Özbəkistan,Türkmənistan,Ukrayna, İran,İraq,Yəmən,Somali,Keniya, Suriya,ÇXR,İndoneziya,Pakistan,Əfqanıstan.

           Azərbaycan Respublikasının ali təhsil müəssisələrində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün təsis edilən təhsil qrantları ölkəmizin beynəlxalq  nüfuzunun artması,dövlərlərarası əməkdaşlığın möhkəmlənməsi  və mütəxəssis hazırlığının inkişafına öz töhfələrini verir.

         Bu il ölkəmizdə H.Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramı təsis edilmişdir.Bu proqram çərçivəsində 4 nəfər əcnəbi vətəndaş (2 magistr , 2 hazırlıq və daha sonra magistratura) universitetimizdə təhsil almaq hüququ qazanmışdır.

                                                                                                                                                                       30.10.2024

       _____________________________________________________________________________________________________________________________________

2023/2024-cü tədris ili Universitetimiz üçün uğurla başa çatdı.Bu tədis ilində universitetimizdən 10 ölkədən 45 xarici vətəndaş məzun oldu.Bunlardan 32 memar,2 dizayn və 7 nəfəri isə inşaat mühəndisliyi ixtisası üzrə bakalavr səviyyəsində və 4 nəfər isə magistr səviyyələrində təhsillərini bitiriblər.
     05.07.2024-cü ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil edilən məzun günündə əcnəbi məzunlar və onların valideynləri də iştirak ediblər.Məzun günündə təhsildə və universitetin ictimai həyatında fəal iştirak edən əcnəbi tələbələrə müvafiq sertifikatlar verildi,xatirə şəkilləri çəkildi.

       

                                                          

        

                                                  

 

                                                                                                                                                   08.06.2024

_____________________________________________________________________________________________

AzMİU-da növbəti beynəlxalq akkreditasiya prosesi yekunlaşdı – Məzunlar üçün sərhədsiz iş imkanları yaradılır.
  Son illər ölkəmizdə inşaat sektoru və yol infrastrukturu ilə bağlı həyata keçirilən böyük layihələr, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli tikinti-quruculuq işləri, yeni və müasir standartlara cavab verən nəqliyyat infrastrukturunun yaradılması İnşaat mühəndisliyi və Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə kadr hazırlığı prosesi qarşısında mühüm vəzifələr yaratdı. İnşaat mühəndisliyi üzrə yüz illik ali təhsil ənənəsini özündə birləşdirən Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tərəfindən hər iki ixtisas üzrə istehsalatın tələbləri, beynəlxalq təcrübə, eləcə də potensial imkanlar öyrənilərək inkişaf konsepsiyası hazırlandı. 

  İnkişaf konsepsiyası üzrə prosesin nəticələrinin təhlili üçün universitet tərəfindən Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyinə (İAAR) müraciət edildi və akkreditasiya prosesi həyata keçirildi. İAAR-ın ekspertləri AzMİU-nun İnşaat mühəndisliyi və Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə kadr hazırlığının keyfiyyəti və beynəlxalq standartlara uyğunluğunu təhlil etdilər. 

  Proses zamanı tələb olunan göstəricilərdən məlum oldu ki, AzMİU hər iki ixtisas üzrə İAAR-ın kriteriyalarını ödəyir. Bu o deməkdir ki, həmin ixtisaslar üzrə AzMİU-da ali təhsilin səviyyəsi dünyanın qabaqcıl universitetləri ilə rəqabət aparacaq səviyyədədir. Bundan əlavə, ixtisasların beynəlxalq akkreditasiyası İnşaat mühəndisliyi və Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə məzunlara sərhədsiz iş imkanı da yaradacaq. Belə ki, diplom əlavəsi kimi məzunlara təqdim olunacaq akkreditasiya sənədi beynəlxalq arenada yüksək təhsil sertifikatı kimi qəbul olunur.    

  AzMİU-da daha bir akkreditasiya prosesi isə nüfuzlu Britaniya Memarlarının Kral İnstitutu (RİBA) tərəfindən həyata keçirildi. Memarlıq fakültəsi növbəti 5 il müddətinə RİBA akkreditasiyasını əldə etdi.

  Xatırladaq ki, AzMİU MDB məkanında ilk dəfə 2019-cu ildə 5 il müddətinə RİBA akkreditasiyasından keçib. Dünyada böyük nüfuza malik RİBA kimi beynəlxalq təşkilatın akkreditasiyasından uğurla keçən AzMİU Kembric, London Memarlar Məktəbi, Qlazqo İncəsənət Məktəbi, eyni zamanda İspaniya, Fransa, Çin, Cənubi Koreya, Danimarka, Polşa və digər ölkələrin memarlıq təhsili verən ali məktəbləri ilə bir sırada dayanır. 

  Qeyd edək ki, universitetdə digər ixtisaslar üzrə təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və beynəlxalq akkreditasiyadan keçirilməsi AzMİU-nun strateji hədəfləri arasındadır. Bununla əlaqədar olaraq universitetin müvafiq struktur-bölmələri tərəfindən aktiv iş aparılır.

                      

                                                                                                                                                                        26.06.2024

____________________________________________________________________________________________________

1 May 2024-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə" dialoq mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlamışdır.

    Forum çərçivəsində müzakirə olunan: "Sosial media: İnsanlar və mədəniyyətlər arasında körpü tikməli və ya sədd çəkilməli", "Bəşər mədəniyyəti üçün fürsət və ya təhlükə" adlı panel iclaslarında universitetimizdə təhsil alan əcnəbi tələbələr : Fatima Dadaşova (Ukrayna), İvan Stepin (Rusiya), Tarkan Köksoy, Buğra Aydın, Bertuğ Gönültaş , İrem Varlı , Mustafa Dizdar (Türkiyə) iştirak ediblər.

       

                                                           

 

                                                          

 

                                                          

 

                                                                                                                                                                     02.05.2024

___________________________________________________________________________________________________

Türkiyə vətəndaşı Akif Başoğlu - Universitetdə 2019-2023-cü illərdə memarlıq ixtisası üzrə bakalavr səviyyəsində təhsil almışdır.
  Təhsil aldığı müddətdə universitet və respublikanın ictimai həyatında fəal iştirak etmişdir.Tərbiyəsi,davranışı ilə o, həmişə fərqlənmişdir.
  2024-ci il aprel ayında Akif Azərbaycan Gənc Müstəqil Sənayeçi və İş Adamları (MÜSİAD) dərnəyinin sədri seçilmişdir.
  Akif hal-hazırda universitetdə memarlıq ixtisası üzrə magistraturada təhsil alır.Akifi təbrik edir və uğurlar arzulayırıq.

                                            

 

                                                                                                                                                                             26.04.2024

__________________________________________________________________________________________________

Əsrlər boyu Azərbaycan türkləri ermənilərin soyqırımına məruz qalmışlar.
     Azərbaycan Respublikasının Prezidenti ulu Öndər Heydər Əliyev  26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.
     Hər il olduğu kimi bu il də 27.03.2024-cü il tarixində universitetimizdə təhsil alan əcnəbi tələbələr Tələbə Gənclər Təşkilatının dəstəyilə Quba Soyqırım Memorial kompleksində olublar.Kompleksdə tələbələrə soyqırım barədə ətraflı məlumat verilmiş və tələbələr soyqırım qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

 

                                     

                                   

                                                                                                                                                                                          28.03.2024

____________________________________________________________________________________________________

26 fevral 1992-ci il...Xocalı soyqırımı...
Azərbaycan xalqının tarixində Xocalı faciəsi kimi daxil olan gün...
Xalqın tarixində ən qanlı səhifə unudulmur və unudulmayacaq.Bu,xalqın tarixində daima yaşayacaq.
Universitetimizdə təhsil alan əcnəbi tələbələr və Əcnəbi Tələbələrin Təhsili Dekanlığının əməkdaşları da bu gün "Ana harayı"abidəsini ziyarət edərək faciənin qurbanlarını yad etdilər.

                                                                                                                                                                     23.02.2024

____________________________________________________________________________________________________

11-17 fevral 2024-ci il tarixində Azərbaycan Gənclər və İdman Nazirliyi,Türk dövlətləri təşkilatı və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilati dəstəyi ilə "İDMANDA BİRLƏŞƏK" mövzusunda ikinci çoxtərəfli gənclik mübadilə proqramı baş tutmuşdur.

     Proqram çərçivəsində Azərbaycanda təhsil alan türk dövlərlərindən olan əcnəbi tələbələr Quba Olimpiya İdman Kompleksinə getmişlər.Universitetimizdə təhsil alan əcnəbi tələbələrdən Türkiyə vətəndaşları Onuralp Küçükali,Yusuf Altuntaş,Muhammed Birsen Saraçoğlu proqrama qatılaraq uğurlar qazanmışdır.

          

                                                               

                                                                

                                                                

                                                                

                                                                

               

                                                                                                                                                                 20.02.2024

_____________________________________________________________________________________________

 

AzMİU əcnəbi tələbələrin mobillik göstəriciləri üzrə fərqləndiyinə görə təltif olunub.


     Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) “Azərbaycanda beynəlxalq təhsil imkanları” forumunda təmsil olunub.Forumda AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva, Əcnəbi tələbələrin təhsili fakültəsinin dekanı Polad Sadıkov, dekan müavini Kəmalə Sərdarova, Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə və universitetin əcnəbi tələbələri Jia Peixnan, Zhao Xiao, Gamze Yalçın, Fatima Dadaşova iştirak ediblər. 

    Forumda təhsilin beynəlmiləlləşməsi və ali təhsilə əlçatanlılığın artırılması istiqamətində ölkədə görülən işlər, Azərbaycanda təhsil alan əcnəbilərin statistikası, ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yer alması və mübadilə proqramlarında iştirakı ilə bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. 

    Elm və təhsil nazirinin müavini Həsən Həsənli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəis müavini Tamilla Hacıyevanın forumda çıxışları da dinlənilib. 

    Forumda AzMİU əcnəbi tələbələrin mobilliyi göstəriciləri üzrə ölkənin ali təhsil müəssisələrinin reytinqində nailiyyətləri ilə fərqləndiyinə görə Elm və Təhsil Nazirliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub. 

   Sonra forum işini panel müzakirələri ilə davam etdirib.

   Daha sonra forumun bədii hissəsinə keçid edilib. Bədii hissədə azərbaycanda təhsil alan əcnəbi tələbələrin təqdimatında bir-birindən rəngarəng şeirlər, nəğmələr ifa olunub. Belə ki, AzMİU-nun çinli tələbələri Jia Peixnan, Zhao Xiao öz dillərində “Xoşbəxtlik”, ukraynalı tələbə Fatima Dadaşova rus dilində “Шуша Возвращается Домой” (Şuşa evinə qayıdır), türk tələbə Gamze Yalçın “Anadır arzulara hər zaman Qarabağ” nəğmələrini böyük həvəslə səsləndiriblər. Tələbələrimizin çıxışları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. 

   Qeyd edək ki, forumun keçirilməsində məqsəd hər ilin sonu yerli ali təhsil müəssisələri ilə keçirilən ənənəvi görüşün daha produktiv modelinə keçid, 2023/2024-cü tədris ili üzrə əcnəbilərin Azərbaycanda təhsilinə dair hesabatın təqdimatı, universitetlərin beynəlmiləlləşmə sahəsində inkişafının müzakirəsi, eləcə də 2023-cü il üçün Fəaliyyət Planı üzrə əcnəbilərlə iş sahəsində fərqlənən universitetləri rəğbətləndirməkdir.

 

 

                                                                                                                                           29.12.2023

   _________________________________________________________________________________________

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ulu öndər Heydər Əliyevin və  Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib.

  AzMİU-nun Əcnəbi tələbələrin təhsili üzrə dekanlığının təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə rektor professor Gülçöhrə Məmmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Muhittin Macit, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Müjdat Həsənov və şöbənin əməkdaşları, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə heyətinin başkanı Serkan Sultanlı və əməkdaşları,  professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

  Əvvəlcə Müstəqil Azərbaycanın memarı, dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün  çıxışlarının yer aldığı videoçarx nümayiş olunub.

  Tədbiri açıq elan edən rektor professor Gülçöhrə Məmmədova qonaqları salamlayıb. Rektor qeyd  edib ki, Azərbaycan və Türkiyə qardaşlığı tarixi köklərə söykənir. Xalqlarımız tarixi birlik və sarsılmaz dostluq əlaqələri ilə bir-birinə bağlıdır və bu iki dövlət konteksində bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulan münasibətlər 44 günlük Zəfər tariximizdə də özünü göstərdi. Xalqlarımızın birliyi bizi hər zaman sevindirir, qürurlandırır, parlaq gələcəyə ruhlandırır.  Çıxışın yekununda Ulu Öndərin tarixi “İki dövlət, bir millət” statını səsləndirən rektor qardaşlığımızın əbədi  olacağına əminliyini ifadə edib. 

  AzMİU-da təhsil alan əcnəbi tələbələr onlara təhsil həyatında göstərilən qayğı və dəstəyə görə professor Gülçöhrə Məmmədovaya təşəkkür edib, ona gül buketi təqdim ediblər. 

  Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Muhittin Macit, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Müjdat Həsənov da tədbirin əhəmiyyətinə toxunub, Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin ölkələrimiz arasında olan dostluq və qardaşlığa verdiyi önəmə diqqət çəkiblər. 

  Tədbir tələbələrin ifasında maraqlı çıxışlarla davam edib. “Şən Azərbaycan”, “Heydər xalqım deyəcək”, “Gəz oğlum” mahnıları, “Ben Anadoluyum” və digər şeir kompozisiyaları səsləndirilib. 

  Sonda tələbələr əllərində Türkiyə və Azərbaycan bayraqları ilə səhnəyə çıxıblar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                                                                                                                          26.10.2023

______________________________________________________________________________________________

5 sentyabr 2023-cü ildə Azərbaycan Gənclər fondu ve ATGT-nin təşkilati dəstəyi ilə respublikamizda təhsil alan tələbələrin “Şuşa tələbələrin gözü ilə” layihəsi çərçivəsində mədəniyyət paytaxti Şuşaya səfəri təşkil olundu.

      Səfərdə universitetimizdə təhsil alan əcnəbi tələbələr-Türkiyə vətəndaşları Akif Başoğlu,Zülküf Can və Erkan Akkuş da iştirak etdilər.Tələbələr təəsüratlarını bölüşərək Şuşada olmaqlarından qürur duyduqlarını bildirdilər.

                                                                                                                                                                  06.05.2023

________________________________________________________________________________________________

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "Gənc MÜSİAD Azərbaycan" komandasının ənənə halına gətirdiyi,tələbələr tərəfindən böyük maraqla qarşılanan “ÜFÜQ AZƏRBAYCAN” – Gənclərin iş dünyasına inteqrasiyası adlı panel müzakirələri təşkil olunub. 
     Azərbaycan Memarlıq və İnşaat universiteninin əcnəbi tələbərinin,“Gənc MÜSİAD Azərbaycan” üzvlərinin təşkilatçılığı ilə keçirilən görüşdə Fövqəladə Hallar Nazirliyi Ekspertiza İdarəsi eksperti Aysel Məmmədova,Türk Hava Yolları (THY) şirkətinin Bakı nümayəndəsi Hamid Eldeleklioğlu, “E-mobile” MMC və “Kripton Business Solutions” MMC-nin rəhbəri Əli Qədirbəyli məruzəçi qismində iştirak edib.
     Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nurullah Yazıçı da iştirak edib.Paneldə məruzəçilər öz iş təcrübələri,karyera inkişafı,markalaşma (brendləşmə) və ticarət əlaqələrinin idarə edilməsi mövzularında çıxışlar ediblər.Gənclərə  özlərini inkişaf etdirməyi məsləhət görüb,nəzəri biliklərini təcrübədə tətbiq edərək biznes qurmağın üsulları haqqında fikirlərini bölüşüblər.Eyni zamanda gənclərin iş dünyası ilə bağlı təsəvvürlərini formalaşdırmaq və təcrübələrini artırmaq üçün öz təkliflərini də səsləndiriblər.
Panel müzakirələrindən sonra tələbələrin sualları cavablandırılıb. Aktiv tələbələrə hədiyyələr təqdim edilib.

 

                                                                                                                                                                         24.05.2023

_______________________________________________________________________________________________

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Universitetimizdə təhsil alan əcnəbi tələbələr Fəxri Xiyabanı ziyarət edərək məzarı önünüə gül dəstələri qoyublar.

 

 

                                                                                                                                                                  10.05.2023

__________________________________________________________________________________________

Ümummilli lider Heydər  Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı 
tədbirlər davam edir.
     02.05.2023-cü il tarixində universitetimizdə təhsil  alan  bir qrup əcnəbi 
tələbə   Əcnəbi tələbələrin təhsili dekanlığının təşkilatçılığı ilə  Heydər Əliyev 
Mərkəzində   ekskursiyada oldu.Ekskursiya  “Heydər Əliyev ili” çərçivəsində 
keçiriləcək tədbirlər planına əsasən təşki olunmuşdu.
     Mərkəzdə əcnəbi tələbələrə  Azərbaycan dövlətinin memarı, ümummilli lider 
H.Əliyev irsi, onun ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz  xidmətləri 
barədə  məlumat verildi.
     Əcnəbi tələbələr ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, 
fotoşəkil və kitablarla tanış olub, Azərbaycan inciləri və Mini Azərbaycan 
sərgilərinə böyük maraqla baxıblar.

 

                                          

                                                                                      02.05.2023

_________________________________________________________________________________________

37 ildən sonra yenə Bakıdayam.

  01.05.2023-cü il tarixində universitetimizin 1986-cı il məzunu Vyetnam vətəndaşı Nquen  Çonq Çunq universiteti ziyarət etmişdir.Məzunun Azərbaycana səfəri Azərbaycan Respublikasinin Vyetnam Sosialist Respublikasındakı Səfiri cənab Şövqi Mehdizadənin dəstəyilə həyata keçmişdir.Məzun universitet həyatını çox böyük sevgi ilə xatırlayaraq həyatında qazandığı uğurlara görə Azərbaycan Memarlıq və İnşaat Universitetinə minnətdar olduğunu xüsusilə qeyd etmişdir.

                                                                                                                                    01.05.2023

________________________________________________________________________________________

AzMİU-nun əcnəbi tələbəsinin 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgisi açılıb


Azərbaycanlılara qarşı törədilmiş soyqırımının 105 illiyi ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb. 

AzMİU-nun Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsi Sarete Aydenizin rəsm işlərindən ibarət sərgidə universitetin rektoru professor Gülçöhrə Məmmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nurullah Yazıçı, universitetin prorektorları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 

Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin təşkilatçılığı ilə gerçəkləşən sərginin açılışında Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nurullah Yazıçı çıxış edərək, ermənilər tərəfindən 1918-ci ilin martında və aprelində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların miqyasına və amansızlığına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən dəhşətli cinayət olduğunu bildirib.

Hazırlıq fakültəsinin tələbəsi Sarete Aydeniz  açılış nitqində “Ürəyimin qanayan yarası, qan ağladan qardaş acısı” adlı sərgidə iştirak edənlərə öz təşəkkürünü bildirib. Rəsm əsərlərində faciənin dəhşətli və acı nəticələrinin təsvir olunduğunu, Xocalı hadisələrinin, eləcə də Azərbaycan Ordusunun qələbəsinin də rəsmləri arasında yer aldığını söyləyib.   

Daha sonra qonaqlar sərgiyə baxış keçiriblər. Türkiyəli tələbənin gözü ilə təsvir olunan rəsmlər içərisində ümummilli lider Heydər Əliyevin, şəhid Xudayar Yusifzadənin xatirəsinə ithaf olunmuş əsərlər, “Ana fəryadı”, “Dəmir yumruq”, qanlı qərənfillərin fonunda insan fəryadı təsvirləri də yer alıb.

                                                                                                                                                       31.03.2023

______________________________________________________________________________________

Universitetimizdə təhsil alan əcnəbi tələbələr üçün Tələbə Gənclər Təşkilatının üzvləri ilə birlikdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə birlikdə Quba Soyqırımı Memorial Kompleksinə ziyarət təşkil olunub.

                                                                                                                                                                        28.03.2023

______________________________________________________________________________________

Əcnəbi tələbələrimiz universitetimizin ictimai işlərində iştirak edirlər. Onlar Azərbaycan xalqının adət və ənənələri ilə yaxından tanış olur, bayram sevinclərimizi paylaşırlar.

 

                                                                                                                                                                                  17.03.2023

______________________________________________________________________________________________________

Elm və Təhsil Nazirliyi tərəfindən əcnəbilərin cəlbinin təşviqi və təhsilinin təşkili sahəsində xüsusi fərqlənən 5 ali təhsil müəssisəsi təşəkkürnamə ilə təltif edilib.

Təşəkkürnamələr Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə yanaşı, Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Xəzər Universitetinə təqdim olunub. Müəssisələr əcnəbilərin sayında son 5 tədris ili üzrə artım dinamikası, tələbələrin qəbulu və məlumatların toplanılması sistemlərinin səmərəli istifadəsi, əcnəbi tələbələrin ictimai-sosial aktivliyinin təmin edilməsi meyarları nəzərə alınmaqla təltif olunub.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov əcnəbilərin cəlbinin təşviqinin prioritet istiqamətlərdən biri kimi dəyərləndirilməsi və bu çərçivədə irəliləyişlərə nail olunması istiqamətində vacib məsələlərə dair məlumat verib. Eyni zamanda, sözügedən sahədə birbaşa fəaliyyət göstərən təhsil müəssisələrinin rolunu qeyd edərək bu istiqamətdə gələcəkdə daha çox işlərin görülməli olduğuna və əcnəbilərin təhsilinə diqqətin artırılmasının əhəmiyyətinə toxunub.

Qeyd edək ki, görüşdə yuxarıda adları çəkilən yerli ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.

                                                                                             

                                                                                                                                                                                           16.03.2023

______________________________________________________________________________________________________

27 fevral tarixində “Şuşa ili” mövzusunda tədbir Azərbaycan Respublikasında gənclərlə həyata keçirilib “Discovering Susha with International Students Azerbaijan” layihəsi üzrə “Shusha Cultural Night” adlı tədbir keçirilib.

     Universitetimizdə inşaat mühəndisliyi ixtisası üzrə 1-ci kursda təhsil alan Rusiya vətəndasi Sarxan Nahmetov “Şuşa-Azərbaycanın incisidir” adlı esse yazaraq  iştirak etmişdir.

                                                                                                                                                            

                                                                                                                                                                                    28.02.2023

______________________________________________________________________________________

Hər il oduğu kimi bu il də ölkəmizdə təhsil alan əcnəbi baxımından 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyaban Universitetini ziyarət etmişdir.

       

                                                                                                                                                                                            19.01.2023

________________________________________________________________________________________________________    

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 27 dekabr 2022-ci ildə ölkəmizdə təhsil alan əcnəbi tələbə və tədqiqatçıların iştirakı ilə Şuşa ili çərçivəsində forum keçirilmişdir.Forumda işğaldan azad edilmiş ərazilərdə erməni vandalizminin mədəniyyət abidələrinə,ətraf mühitə vurulmuş zərərlər müzakirə olunmuş və Qarabağ həqiqətlərinin əcnəbi tələbələrə çatdırılması məqsədilə diskussiyalar aparılmışdır.

      Forumda universitetimizdən  ABŞ səfirliyi ilə əməkdaşlıq çərçivəsində English Language Fellow təqaüd proqramı ilə ingilis dili üzrə mütəxəssis Kyle Ridley, əcnəbi tələbələrimiz  - Türkiyə vətəndaşları Adem Tunc,Eylül Aysun Gökçel,Rusiya vətəndaşı Dilara Nabieva və Ukrayna vətəndaşı Fatima Dadasova iştirak etmişdir.

 

                                                                                                                                                                                      28.12.2022

______________________________________________________________________________________________________

17 dekabr tarixində universitetdə təhsil alan əcnəbi bir qrup Elm və Təhsil Təşkilatçılığı ilə ekoloji vəziyyəti yaxşılaşdırmaq,yaşıllıqları artırmaq üçün ağacəkmə kampaniyasında iştirak etmişdir.

                                                                                                                                                                                  19.12.2022

_____________________________________________________________________________________________________

11 noyabr 2022-ci il tarixində Bakı Gənclər Mərkəzində "Biz Şuşanın səfiriyik" adlı filmin təqdimatı keçirilmişdir.Təqdimat mərasimində universitetimizdə təhsil alan əcnəbi tələbələrin bir qrupu iştirak etmişdir.Film çəkilişində iştirak edən universitetmizin əcnəbi tələbələrindən Qazaxıstan vətəndaşı Temirlan Daurenbekova və Türkiyə vətəndaşı Barbaros Yalim Acara xatirə foto albomlari və suvenirlər təqdim edilib.

  

                                                                                                                                                                             11.11.2022

________________________________________________________________________________________________

    Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə 11 noyabr 2022-ci ildə ölkəmizdə təhsil alan əcnəbi tələbələrlə əlaqəli fəaliyyət göstərən struktur bölmələrin nümayəndələri üçün "Miqrasiya qanunvericiliyi sahəsində yeniliklər və elektron resurslardan səmərəli istifadə" mövzusunda keçirilən seminarda əcnəbi tələbələrlə iş üzrə dekanlığın mütəxəssisi Orxan Nəbiyev də iştirak etmişdir.

                                                                                                                                                                             11.11.2022

________________________________________________________________________________________________

Zəfər əcnəbi tələbələrin gözü ilə - AzMİU-da bayram konserti təşkil olundu.

Zəfər Günü münasibətilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bayram konserti  təşkil edilib. Əcnəbi tələbələrin təhsili üzrə dekanlığın təşəbbüsü ilə ərsəyə gələn tədbirdə rektor, professor Gülçöhrə Məmmədova, universitetin professor-müəllim heyəti və tələbə kollektivi, həmçinin Elm və Təhsil Nazirliyinin, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri iştirak ediblər.

Konsert proqramı başlamazdan öncə bizə zəfər qürurunu yaşadan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.  

Sonra əcnəbi tələbələr konsert proqramı ilə çıxış ediblər. Proqramda Azərbaycanın milli mahnıları səsləndirilib, milli rəqslər edilib, eləcə də hərbi-vətənpərvər ruhda şeirlər səsləndirilib. 

Zəfər Gününə həsr olunmuş musiqili proqramda universitetin əcnəbi tələbələri öz ifaları ilə tamaşaçılar üçün əsl bayram əhval-ruhiyyəsi yaradıblar. Universitetin əcnəbi tələbələrinin də təmsil olunduğu "Buta" rəqs qrupunun “Ala göz” milli rəqsi, İlker Turalı, Oktay Akkuş, Tarkan Yusuf Köksoy və s. səsləndirdiyi şeirlər alqışlarla qarşılanıb. Nəsrin Şəfiyinin "Şuşanın dağları", Cao Syao və Jia Peixuanın "Çin xalq mahnısı", Mehmet Akif Erenin "Çırpınırdı Qara dəniz", Qəmzə Yalçının "Qarabağ" mahnıları isə özünəməxsusluğu ilə seçilib. 

Tədbirin sonunda AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək uğurlu konsert proqramına görə əcnəbi tələbələri təbrik edib və onları ölkələrinə qayıdandan sonra da Azərbaycanın dostu, həqiqət carçısı olmağa çağırıb.

Sonda xatirə fotoşəkilləri çəkilib.

  

 

 

 

 

 

 

                                                                                                                                                                             05.11.2022

_____________________________________________________________________________________________________

1 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə ölkəmizdə təhsil alan əcnəbi tələbələrin Şuşa şəhərinə səfəri təşkil olundu.“Biz Şuşanın səfiriyik” adı ilə keçirilən tədbirdə universitetimizin tələbələrindən Türkiyə vətəndaşı 1-ci kurs 112 a2 qrup tələbəsi Barbaros  Yalım Acar və Qazaxıstan vətəndaşı 110 r qrup tələbəsi Temirlan Daurenbekov istirak ediblər.

   Səfər çərçivəsində əcnəbi tələbələrə isğaldan azad olunan ərazilərin mədəni və tarixi irsi barədə məlumat verilib.Tələbələr “Zəfər yolu”,Füzuli hava limanı, Şuşa qalası və Cıdır düzünü ziyarət ediblər.Tələbələrimiz KİV-ə müsahibələr verib və xatirə şəkilləri çəkdiriblər.

 

                                                                                                                                                      04.10.2022

__________________________________________________________________________________________________

Beynəlxalq əlaqələrin genişləndirilməsinin əsas istiqamətlərindən biri ali məktəblərə əcnəbi tələbələrin cəlbidir.Yarım əsrdən artıqdır ki,universitetimiz xarici dövlətlər üçün müxtəlif ixtisaslar üzrə uğurla mütəxəssis hazırlayır.

Respublikanın ən çox əcnəbi tələbə təhsil aldığı ali təhsil müəssisələri arasında Azərbaycan Memarlıq və İnşaat Universiteti ön sıralardadır.

Universitetimizdə memarlıq ixtisası üzrə 2-ci kurs 111 İ qrupunda təhsil alan İraq vətəndaşı Rokaya Al-Hosain Azərbaycan Müəllimi qəzetinə ölkəmiz və universitetimizlə bağlı təəsüratlarını bölüşüb.

                                                                                                                                                                                                                                                                                  30.09.2022

____________________________________________________________________________________________________

Universitetimiz iyul ayin 2-də  məzunlar üçün Dreamland Baku-da təntənəli məzun günü keçirib.

Bu il universiteti 76 nəfər (72 nəfər bakalavr və 4 nəfər magistr) əcnəbi vətəndaş bitirib.Bunlar Türkiyə,Rusiya,İran,İraq,Suriya,Qazaxistan və Gürcüstan vətəndaslaridir.

Tədbirdə universitetin ictimai işlərində fəal iştirak edən,müvəffəqiyyət göstəriciləri yüksək olan əcnəbi məzunlarda təltif edilib.

 

 

                                                                                                                                                   07.07.2022

______________________________________________________________________________________________

May ayının 26-da rektor,memarlıq doktoru,professor Gülçöhrə Məmmədova universitetimizin "Türk öğrencileri konseyi" ilə görüşmüşdür.

                                                                                                                                                                                                                                                                                                        26.05.2022

__________________________________________________________________________________________________  

Universitetimizdə təhsil alan əcnəbi tələbələr ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

                                                                                                                                                                                    10.05.2022

___________________________________________________________________________________________________

AzMİU-da təhsil alan əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksində olublar.

   Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi, müəllimlər, universitetdə təhsil alan əcnəbi tələbələr 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bu gün Quba rayonuna səfər edib. Səfər zamanı Universitetin nümayəndə heyəti 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, məzarlığın önünə tər çiçəklər düzüblər.

   Əcnəbi gənclər kompleksdə fəaliyyət göstərən Soyqırım Muzeyinə ekskursiya ediblər. Ekskursiya zamanı gənclər muzey ekspozisiyasında sərgilənən və qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları, soyqırımı əks etdirən şəkillərlə tanış olublar, onlara 1918-ci ildə baş verən qanlı hadisələr barədə tarixi sənədlər və faktlar əsasında ətraflı məlumat verilib.  Muzey əməkdaşları erməni quldurlarının Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə həyata keçirdikləri kütləvi qətliamlardan, 12 minə yaxın insanın öldürülməsindən, mindən artıq kəndin yandırılması və dağıdılmasından danışıblar. Diqqətə çatdırılıb ki, Soyqırımı ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə öz hüquqi-siyasi qiymətini alıb, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

    Tələbələrə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi barədə də geniş məlumat verilib. Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam verib. 18 yanvar 2018-ci ildə isə dövlət başçısı 1918-ci il 31 Mart – Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb.

                                                                                                                                                                                        31.03.2022

_______________________________________________________________________________________________________

Şəhidlər unudulmur,xatirəsi daim uca tutulur.

Universitetimizdə I kursda təhsil alan bir qrup əcnəbi tələbə Şəhidlər Xiyabanını ziyarət etmişlər.

 

                                                                              

                                                                                                                                                                                                19.01.2022

______________________________________________________________________________________________________   

Noyabr ayının 20-də Təhsil,Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin təşkilatçılığı ilə Xocasən qəsəbəsində Zəfərə həsr olunmuş "Yaşıl marafon" ağacəkmə aksiyası keçirilmişdir.

     Ağacəkmə kampaniyasında universitetimizin Əcnəbi tələbələrlə iş üzrə dekan müavini Kəmalə Sərdarova və universitetimizdə təhsil alan əcnəbi tələbələr də fəal iştirak ediblər.Əcnəbi tələbələrdən Fevzi Bora,Gözde Sözer,Berat Timur kampaniya ilə bağlı təəssüratlarını bölüşüblər.Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

                                                                                                                                                                             22.11.2021

________________________________________________________________________________________________________

Tariximizin şanlı səhifəsi olan Vətən müharibəsinin ildönümü ərəfəsində Əcnəbi tələbələrin təhsili üzrə dekanlıqda bir sıra tədbirlər həyata keçirilmişdir.Əcnəbi tələbələr Hərbi Qənimətlər Parkını ziyarət etmiş,rəşadətli Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və hərbi qənimət kimi götürülmüş hərbi texnikalarla tanış olmuşlar.Bir qrup əcnəbi tələbə vətən uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət etmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuzun 44 günlük zəfər yolunu əks etdirən divar lövhəsi hazırlanmışdır.        

                                                                           

                                                                                                                                                                                            04.11.2021

______________________________________________________________________________________________________

AzMİU-da təhsil alan əcnəbi tələbələr Hərbi Qənimətlər Parkında olublar  

      Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 1-ci kursda təhsil alan əcnəbi tələbələr Qənimətlər Parkında olublar. 
      Əcnəbi tələbələrin təhsili üzrə dekanlığın təşəbbüsü ilə baş tutan səfərdə müxtəlif ölkələrdən olan gənclər 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla yaxından tanış olublar. Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də tələbələrin marağına səbəb olub. 
      Qeyd edək ki, Hərbi Qənimətlər Parkında İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

                                                                                                            

                                                                                                                                                                                          22.10.2021

________________________________________________________________________________________________________

https://youtu.be/fl-t2W_wePs             

                                                                                                                                                                                          29 iyul 2021

________________________________________________________________________________________________________

Iyulun 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetində 2020/2021-ci tədris ili məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.Mərasimdə mövcud pandemiya qaydaları nəzərə alınaraq ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan məzunlar,professor-müəllim heyəti,dövlət qurumlarının nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb,sonra isə AzMİU-nun rektoru,professor Gülçöhrə Məmmədova "məzun" adını qazanan tələbələri təbrik edib,gələcək karyeralarında uğurlar arzulayıb.

Bu il universiteti 35 nəfər bakalavr və  7 nəfər magistr səviyyəsində bitirir.Tədbirdə əcnəbi vətəndaşlardan Əfqanıstan vətəndaşı Naqibullah Azizi,Türkiyə vətəndaşı Sevinç Bektaş və İran vətəndaşı Sevən Məhəmmədpur universitetin ictimai həyatında fəal iştirak etdikləri üçün fəxri fərmanlarla təltif ediliblər.

Magistr-məzun Naqibullah Azizi çıxış edərək magistr dərəcəsini almağında əməyi keçən hər kəsə,xüsusilə də ona qrant proqramı ilə təhsil almağa imkan yaradan Azərbaycan Dövlətinə və universitetin böyük kollektivinə öz təşəkkürünü bildirib.

                                                                                                                                                                                       05.07.2021

_____________________________________________________________________________________________________

İyunun 2-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin səfəri təşkil edilmişdir.

  Səfərdə universitetimizdə təhsil alan əcnəbi tələbələr də iştirak etmişdir.Şəhidlər Xiyabanında başlayan səfər Cəbrayıl rayonunda başa çatmışdır.

 

https://mail.google.com/mail/u/0?ui=2&ik=05e50b0c6e&attid=0.1&permmsgid=msg-a:r-4067633113113140748&th=179d579f6b4d4dac&view=att&disp=safe&realattid=179d579019ea08378d71

 

___________________________________________________________________________________________                         03.06.2021

May ayının 4 də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə təhsil alan əcnəbi tələbələrlə bərabər universitetimizin bir qrup əcnəbi tələbəsinin Hərbi Qənimətlər parkında səfəri təşkil olunub.Səfərdə əcnəbi tələbələr 44 günlük Vətən müharibəsində qalib və müzəffər Azərbaycan ordusunun döyüş əməliyyatı zamanı düşməndən ələ keçirdiyi hərbi qənimətlərlə tanış olub və xatirə şəkilləri çəkdiriblər.

                                                                                                                                             04.05.2021

____________________________________________________________________________________________

17 Noyabr Beynəlxalq Gənclər günüdür.

 

https://youtu.be/g8YWTx_ZEro

                                                                                                                                                                    18.11.2020

_________________________________________________________________________________________________________

Universitetimizdə təhsil alan Türkiyə Respublikasından olan tələbələrimiz Azərbaycan xalqı ilə həmrəydirlər.

 

https://youtu.be/O9-d-_rOexM

                                                                                                                                                                       28.10.2020

____________________________________________________________________________________________________

Müharibə AzMİU-nun əcnəbi tələbələrinin gözü ilə

   Sentyabrın 27-dən erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi təxribatlara cavab olaraq rəşadətli Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları davam edir.  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz bir sıra yüksəklikləri, kəndləri, yaşayış məntəqələrini düşməndən azad edib, xalqımıza qələbə sevinci yaşadıb. Bununla belə, cəbhə bölgəsində, ətraf şəhər və rayonlarda mülki şəxsləri raket  zərbələrinə tutan düşmən əldə olunmuş atəşkəs razılaşmasına məhəl qoymayaraq  Gəncədə növbəti dəfə terror aktı həyata keçirib. Ölkəmizin ayrı-ayrı universitetlərində təhsil alan əcnəbi tələbələr “Azərbaycan müəllimi”  qəzetinə açıqlamalarında azğın düşmənə qarşı mübarizədə yanımızda olduqlarını, Azərbaycanın haqq işini dəstəklədiklərini, əzəli torpaqlarımızın tezliklə düşməndən azad olunacağı günü səbirsizliklə  gözlədiklərini deyirlər.

  "Azərbaycan müəllimi" qəzetində əcnəbi tələbələrimizin müharibə ilə bağlı fikirləri geniş işıqlandırılıb.

Nakibullah Əzizi,“Ümid edirəm  ki, Azərbaycanın haqlı tələbləri təmin ediləcək”

Əfqanıstan vətəndaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistri

     Son bir neçə gündə baş verən hadisələr hamı kimi məni də üzür. Humanitar atəşkəs haqqında razılaşmaya baxmayaraq, Ermənistan Azərbaycanın müxtəlif bölgələrinə raket zərbələri endirməyə davam edir. Dinc insanlar, mülki obyektlər Ermənistan ordusu tərəfindən bilərəkdən  hədəfə alınır. Dinc şəhərlər və onların sakinləri məhv edilir. Televiziyadan izlədik, Gəncədə balaca uşaqlar yaralanıb, üz-gözləri qanın içində... Bu, dəhşətdir, həmin şəkillərə sakit baxmaq olmur. Onların günahı nədir, nəyə görə belə hadisələri görməlidirlər bu yaşda? Bütün bu hallar insanlıq üçün yolverilməzdir. Müşahidələrim də onu deməyə əsas verir ki, Azərbaycan Ordusu döyüşlərdə onlardan fərqli olaraq düşmənin yalnız  hərbi obyektlərinə zərbələr endirir. Orada ölənlər hərbçilərdir, dinc sakinlər deyil. Sizin əsgərlərin dinc əhali ilə işləri yoxdur. Ümid edirəm  ki, Azərbaycanın haqlı tələbləri təmin ediləcək, işğal altında olan torpaqlarınız azad olunacaq, insanlar evlərində rahat yaşayacaqlar.

Osman Muhammed Said,“Dünya ermənilərin yalanlarına inanmamalıdır”

Sudan vətəndaşı AzMİU-nun “İnşaat” fakültəsinin IV kurs tələbəsi

     Artıq 4 ildir ki, Azərbaycandayam, burada çoxlu dostlarım, tanışlarım var. Qardaşım 9 il əvvəl burada oxuyub, bacılarım da hazırda Tibb Universitetində təhsil alırlar. İndi Azərbaycan mənim ikinci ölkəm kimidir. Ona görə burada, cəbhədə baş verənləri diqqətlə izləyirəm. İnsanların, uşaqların həlak olması xəbərləri gəlir, insanlar kədərlənir. Bu vəziyyət bizi də narahat edir. Ermənilərin uydurduqları yalanlara inanmırıq. Terrorçu onlardır, dinc insanları - uşaqları, qadınları öldürürlər. Sizin torpaqları ələ keçiriblər, insanları ev-eşiklərindən didərgin salıblar. İnsanlığa sığmayan vəhşiliklər törədirlər, amma özlərini humanist, sülhsevər xalq kimi göstərməyə çalışırlar. Biz bunları yaxşı bilirik. Sizin xalqınız çox mehriban və istiqanlıdır. Bunu həmişə hiss eləmişəm, ətrafımdan, dostlardan özümə qarşı həmişə isti münasibət görmüşəm. Ona görə bu gün dünya ermənilərin yalanlarına inanmamalıdır, Azərbaycanın dinc vətəndaşlarına qarşı yönələn bu hücumlara susmamalıdır.

_________________________________________________________________________________

Türkiyə səfirliyinin Təhsil Müşavirliyi AzMİU-nun türkiyəli tələbələri ilə onlayn konfrans keçirib.

     İyunun 9-da  Türkiyənin ölkəmizdəki səfirliyinin Təhsil Müşavirliyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi tələbələrin təhsili dekanlığının təşkilatçılığı ilə universitetimizdə təhsil alan əcnəbi tələbələrin böyük əksəriyyətini təşkil edən Türkiyə Cumhuriyyəti vətəndaşları ilə Zoom platforması vasitəsilə onlayn konfransı  keçirilib.

     Konfransda təhsil müşaviri Nihat Böyükbaş, AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Əcnəbi tələbələrin təhsili üzrə dekan  Polad Sadıkov, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova və türkiyəli tələbələr iştirak edib. Tələbələrə qarşıdakı imtahan sessiyasının təşkili və gedışatı barədə ətraflı  məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

   

  

  

                                                                                                                                                                          09.06.2020

_____________________________________________________________________________________________________

Azərbaycan Memarlıq və İnşaat Universitetinin əcnəbi tələbələrindən Mesaj

Linkə daxil olaraq videoya baxa bilərsiniz.

https://www.youtube.com/watch?v=o1s0jUCjzJM&feature=youtu.be

                                                                                                                                                        20.04.2020

________________________________________________________________________________________________________

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar universitetimizdə təhsil alan əcnəbi tələbələr Xocalı qurbanlarının xatirəsini yad ediblər.

                                                                                                                                                                                      26.02.2020

______________________________________________________________________________________________________

AzMİU-da “Beynəlxalq Tələbə Həftəsi” başlayıb

      Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Beynəlxalq Tələbə Həftəsi” çərçivəsində universitetə yeni qəbul olunmuş əcnəbi tələbələr üçün maraqlı və yaddaqalan  tədbirlər planı hazırlanıb. Tədbirlər planında müxtəlif görüşlər, universitetdaxili tanışlıq, paytaxtda ekskursiyalar və s. silsislə tədbirlər nəzərdə tutulub.   
      İlk gündə rektorluqla əcnəbi tələbələrin görüşü keçirilib, onlara universitetin tarixi, fakültə və ixtisasları, beynəlxalq əlaqələri barədə geniş məlumat verib. Bu gün isə əcnəbi tələbələr universitetlə yaxından tanış olublar, Heydər Əliyev muzeyi və Sərgi salonunu gəziblər. Növbəti günlərdə tələbələrin paytaxtla tanışlığı, Bakının görməli, gəzməli yerlərinə səyahətləri planlaşdırılıb. Tədbirlərin sonunda əcnəbi tələbələr arasında  “Bakını nə qədər tanıyırsınız?” adlı yazı müsabiqəsi də  keçiriləcək.  
      Məlumat üçün qeyd edək ki “Beynəlxalq Tələbə Həftəsi” çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsidir. 

_______________________________________________________________________________________________________

  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycanda Memarlıq təhsilinin  100 illiyinə həsr edilmiş sərgi açılmışdır.Sərgidə tələbələrin kurs işləri və buraxlış işləri nümayiş etdirilib.Universitetin 2019-cu il bakalvr məzunu İran vətəndaşı Ulduz Soleymanianın buraxılış işi MOOCAO-nın Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində keçirilən müsabiqədə 1-ci dərəcəli diploma layiq görülmüşdür.

 

____________________________________________________________________________________________

Türkiyənin ölkəmizdəki səfiri AzMİU-da türkiyəli tələbələrlə görüşüb.

     Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və səfirliyin təhsil müşaviri Nihat Böyükbaş bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alan türkiyəli tələbələrlə görüşüblər. 
     Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva rektorluq adından səfiri salamlayıb, tələbələrlə belə görüşlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə dostluğu yalnız siyasətdə deyil, həm də elmdə və təhsildə böyük uğurlar qazanıb. “Bu münasibətlər təhsilimizdəki birgə uğurlarımız üçün möhkəm təməldir”. 
     Səfir E.Özoral görüşün keçirilməsindən məmnun qaldığını bildirərək yüksək səviyyədə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin bütün türk dünyası üçün layiqli nümunə olduğunu qeyd edib. O, çıxışında Türkiyə-Azərbaycan dostluğu, iki ölkə arasında əlaqələr və qarşılıqlı münasibətlərdən danışıb, AzMİU-da təhsil alan türkiyəli tələbələrə göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə təşəkkür edib. Səfir tələbə-gənclərə yaxşı oxumağı, təhsil aldıqları müddətdə vaxtı düzgün dəyərləndirməyi, peşəkar mütəxəssis kimi özlərini inkişaf etdirməyi, xalqı, Vətəni sevməyi, Türkiyənin və Azərbaycanın milli maraqlarını üstün tutmağı tövsiyə edib. 
     Görüşün sonunda tələbələrin arzu və istəklərini dinləyən səfir, onların problemləri ilə də maraqlanıb, sualları cavablandırılıb.

____________________________________________________________________________________________

    Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alan əcnəbi tələbələr ümummilli lider,görkəmli dövlət xadimi Heydər Əliyevin anım günündə mərhumun məzarını ziyarət edib,məzarı önünə gül dəstələri qoyublar.

___________________________________________________________________________________________

                       AzMİU-nun əcnəbi tələbələri Şəhidlər Xiyabanını ziyarət ediblər.

      Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi tələbələrin təhsili üzrə dekanlığında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş guşə yaradılıb.Guşədə 1990-cı ilin yanvar günlərində Bakıda baş verən faciəvi günlərə həsr olunmuş fotoşəkillər,kitablar və materiallar nümayiş olunub.Dünyanın müxtəlif ölkələrindən AzMİU-da oxuyan əcnəbi tələbələrə 20 Yanvar faciəsi,bu faciəni törədən işğalçı sovet rejimi,onun rəhbərliyi barədə ətraflı məlumat verilib.

      Fakültənin dekanı Polad Sadıkov tələbələrə bildirib ki,1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları paytaxtda,eləcə də bölgələrdə dinc əhaliyə amansızcasına divan tutub,günahsız insanlarımız – qocalar, qadınlar, gənclər, hətta uşaqlar  həyatlarını itirib. Həmin gün öz ölkəsinin,xalqının azadlığını,şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. 

     Dekan müavini Kəmalə Sərdarova vurğulayıb ki,bütün təzyiqlərə baxmayaraq,mənfur rejim xalqımızın mübarizlik əzmini,azadlıq istəyini boğa bilmədi.Azərbaycan canı,qanı bahasına müstəqilliyinə qovuşdu,70 illik imperiya müstəmləkəsindən qurtuldu.O qeyd edib ki,bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq,xalqımız o müdhiş gecəni, həmin günlərdə şəhid olan oğul və qızlarını daim xatırlayır,bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

     Sonra əcnəbi tələbələr Şəhidlər Xiyabanını ziyarət ediblər,Azərbaycanın müstəqilliyi,azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarına tər qərənfillər düzüb,onların ruhuna dualar oxuyublar.

_________________________________________________________________________________________________________

                    AzMİU-nun diplomlarının İordaniyada tanıdılması üçün ilkin addımlar atılır

      İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Sami Asem Abdullah Ğoşeh bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru,professor Gülçöhrə Məmmədova ilə görüşüb.Görüşdə universitetin Tədris işləi üzrə prorektoru Akif Qasımov,Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva,Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev,Əcnəbi tələbələrin təhsili üzrə dekan Polad Sadıkov iştirak edib. 
      Səmimi şəraitdə keçən görüşdə iordaniyalı tələbələrin AzMİU-da təhsil almaları üçün müəyyən addımların atılması və bu tələbələrin diplomlarının öz ölkələrində tanınması məsələsi bir daha müzakirə olunub.Səfir Sami Asem Abdullah Ğoşeh ötən ilin noyabrında universitetə ilk səfəri zamanı müzakirə olunan bu məsələ ilə bağlı İordaniyanın Təhsil Nazirliyində görüşlər keçirdiyini rektorun diqqətinə çatdırıb.Cənab Goşeh bildirib ki,onun ölkəsi diplomların tanınması məsələsinə müsbət yanaşır və bu istiqamətdə nazirlikdə artıq işlərə başlanılıb.İordaniyanın təhsil nazirinin məktubunu rektora təqdim edən səfir yaxın günlərdə ölkəsindən nümayəndə heyətinin  tanışlıq məqsədi ilə universitetə səfər edəcəyini bildirib.Səfir AzMİU ilə İordaniya universitetləri arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib, müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.
     Görüşdə həmçinin,tələbə-müəllim mübadiləsi,təqaüd və təcrübə proqramları,təlim və layihələr, “ikili diplom”ların verilməsi üzrə əməkdaşlıq ətrafında müzakirələr aparılıb.

                                                                                                                                                                                             30.01.2020

 

 

______________________________________________________________________________________________________

Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alan bir qrup əcnəbi tələbə 24 fevral tarixində Təhsil Nazirliyində təşkil olunmuş "Xocalını xatırlayıram" adlı tədbirdə iştirak etmişdir.

 

                                                                                                                                                                  25.02.2020   

______________________________________________________________________________________________________

 

 

                                                                                                                                                                                                                                               























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]