Əcnəbi vətəndaşların universitetə qəbulu
Əcnəbi vətəndaşların universitetə qəbulu portal.edu.az vasitəsilə aparılır.
2024/2025-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulu 1 may 2024-cü il tarixindən aktivdir.
Əcnəbi vətəndaşlar seçdikləri təhsil səviyyəsinə uyğun universitetdə tədris olunanun bütün ixtisaslar üzrə təhsil ala bilərlər.
Qəbul sənədləri :
- AZMİU ilə əcnəbi vətəndaş arasında Müqavilə
-əvvəlki təhsil səviyyəsində keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (apostil) təhsil haqqında sənəd və transkript;
- sağlamlıq ,o cümlədən QİÇS,Hepatit B və C viruslarının daşıyısı olmaması haqqında arayış;
-etibarlı sərhəd keçmə sənədi;
-tədris dilindən imtahan verilməsi barədə sertifikat (Hazırlıq fakultəsində oxumayanlar üçün)
-tibbi sığorta;
-fəxri təltiflər,sertifikatlar,diplomlar və bu kimi sənədlərin surətləri
Sadalanan sənədlər azərbaycan dilinə tərcümə olunmalı və notarius tərəfindən təsdiq edilməlidir.
AzMİU-ya qəbul olunan əcnəbi vətəndaşlar üçün seçdiyi ixtisasa uyğun Hazırlıq fakultəsini bitirmək barədə Şəhadətnamə vacibdir.
Hazırlıq fakultəsində təhsil almadan əcnəbi vətəndaşlar aşağıdakı hallarda universitetə qəbul oluna bilərlər:
Təhsil səviyyəsinə uyğun müvafiq dil sertifikatı təqdim edənlər - tədrisin ingilis dilində aparıldığı ixtisaslar üzrə təhsil almaq istəyən əcnəbi vətəndaşlar İngilis dili üzrə İELTS və ya TOEFL sertifikatları olduğu halda (Bakalavr səviyyəsi üçün - İELTS 5.0 bal, TOEFL 40 bal;magistr səviyyəsi üçün İELTS 5.5 bal, TOEFL50 bal).
Müvəqqəti yaşamaq icazəsi olan və Azərbaycan Respublikasında təhsil alan əcnəbi vətəndaşlar;
Qabiliyyət imtahanı tələb olunan ixtisaslar üzrə müvafiq imtahanı verməklə;
Təhsilin bütün səviyyələri üzrə qəbul olunmaq üçün xarici ali təhsil müəssisələrindən verilən təhsil haqqında sənədlərin tanınması vacibdir.Bunun üçün tkta.edu.az saytına müraciət edilməlidir.
Əcnəbi vətəndaşların dil səviyyəsi universitet üzrə yaradılan müsahibə komissiyasında yoxlanılır və uyğun gəldiyi halda universitetə qəbul rəsmiləşdirilir.
Əcnəbi vətəndaş ilə universitet arasında ödənişli əsaslarla təhsil almaq üçün müqavilə bağlanır.Müqavilə tam təhsil müddətində qüvvədədir.
Əlaqə:
Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi, 11
Mob: +994 50 317 34 20
Tel: +994 12 538 4380 (6-88)
Tel: +994 12 538 9401 (5-39)
E-Mail: [email protected]
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.