Biznesin idarə edilməsi

Tədris planı
Təhsil proqramı

050409 Biznesin idarə edilməsi ixtisası öyrədir:

• fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyəti ilə məşğul olmaq, eləcə də ixtisası üzrə magistraturada təhsil almaq hüququna malik olmağı;
• mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan nazirliklər və komitələr, təsərrüfat subyektlərində, firma, müəssisə və şirkətlərin müvafiq struktur və bölmələrində, beynəlxalq biznes, maliyyə, turizm və digər xidmətlər üzrə dünya bazarlarında fəaliyyət göstərən trans-milli şirkətlərdə işləyə bilməyi;
• mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində ( ali məktəbdə elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla ) çalışa bilməyi;
• təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarığını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmağı;
• humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməyi, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmağı;
• təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmağı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmağı;
• əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmağı;
• peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmağı;
• əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmağı.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.