Biznesin iqtisadiyyatı və menecmenti kafedrası


Biznesin iqtisadiyyatı və menecment” kafedrası

haqqında məlumat

    Kafedra 1994-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Tikinti-iqtisad” fakultəsinin  nəzdində “İqtisadiyyat”  kafedrası adı ilə yaradılmış, bu kafedranın bazasında 1999-cu ildə “Sənayenin təşkili və idarə edilməsi” və 2003-cü ildə “İqtisadi nəzəriyyə və marketinq” kafedraları ayrılmış və kafedra “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” adlandırılmışdır. AzMİU-nun Elmi şurasının 15 iyun 2020-ci il tarixli 7 saylı qərarı ilə “Biznesin iqtisadiyyatı və menecment” kafedrası adlandırılmışdır.  Kafedranın müdiri i.e.d. prof. Məhəbbət Aşır oğlu Məmmədovdur. 

Kafedrada fəaliyyət göstərən professor-müəllim heyətinin birgə əməyi ilə 13 dərslik, 5 dərs vəsaiti, 17 monoqrafiya, 9 metodik göstəriş nəşr edilmiş, kafedrada tədris olunan 32 fənnin Azərbaycan və rus dillərində elektron mühazirələri hazırlanmışdır. 

Kafedrada 2 professor, 9 dosent, 12 baş müəllim, 3 assistent və “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru baş müəllim vəzifələrində fəaliyyət göstərirlər. 2022-2023-cü tədris ilindən Maliyyə Nazirliyindən,  Paşa İnşaat, Əmlak Məsələləri Dövlət Xidməti, Elm və Təhsil Nazirliyinin Tikinti trestinin mütəxəssisləri kafedrada “Menecment”, “Biznesin idarəedilməsi” ixtisasları üzrə təhsilin bakalavr və magistr səviyyələrində kadr hazırlığı aparırlar. Kafedrada 2 professor, 9 dosent, 12 baş müəllim, 3 assistent və “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru baş müəllim vəzifələrində fəaliyyət göstərirlər. 2022-2023-cü tədris ilindən Maliyyə Nazirliyindən,  Paşa İnşaat, Əmlak Məsələləri Dövlət Xidməti, Elm və Təhsil Nazirliyinin Tikinti trestinin mütəxəssisləri kafedrada “Menecment”, “Biznesin idarəedilməsi” ixtisasları üzrə təhsilin bakalavr və magistr səviyyələrində kadr hazırlığı aparırlar.

     Kafedrada 32 fənn bakalavr və 27 fənn magistr səviyyəsində tədris olunur, bütün fənnlərin tədris proqramları müvafiq qriftlə nəşr edilmişdir. Eyni zamanda 2022-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin F-338 saylı əmri ilə təsdiq edilmiş 10 yeni fənn proqramları nəşr edilmişdir.  

     Kafedra üzrə 2019-2023-cü illərdə üzrə təsdiq edilmiş 5 illik Elmi – Tədqiqat işləri  Planında nəzərdə tutulan elmi mövzulara müvafiq “Azərbaycanda enerji təminatı infrastrukturlarının təkmilləşdirilməsi və inkişafının idarə edilməsi mexanizmi” və “Müasir iqtisadiyyatın şaxələndirilməsi şəraitində əsas kapitala investisiyaların səmərəliliyinin yüksəldilməsi problemləri” istiqamətlərdə elmi - tədqiqat işləri yerinə yetirir, beləki, 2004-2023-cü illəri əhatə edən dörd regionların sosial-iqtisadi inkişaf  proqramlarda və Yanacaq Enerji Kompleksində İnkişaf Strategiyasında əsas kapitala investisiyaların səmərəliliyinin yüksəldilməsi istiqamətdə nəzərdə tutulan tədbirlər, onların icra vəziyyəti tədqiq edilir və qiymətləndirilir. Bununla yanaşı iqtisadiyyatın inkişaf istiqamətləri üzrə müəssisədə  innovasiya yönümlü texnologiyaların tətbiqi, stimullaşdırılması və tikinti quraşdırma işlərinə investisiya qoyuluşunun səmərəliliyinin artırılması və təkmilləşdirilməsi istiqamətləri üzrə mütəmadi olaraq təklif və tövsiyyələr hazırlanır. Kafedrada yerinə yetirilən ETİ nəticələri üzrə hazırlanmış təkliflər Energetika Nazirliyininə, SOCAR, Azəriqaz İB, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərişıq, AR Mənzil İnşaatı Dövlət agentliyinə təqdim olunmuş və yerinə yetirilən ETİ-nin nəticələrinin istehsalata tətbiqi haqqında müvafiq rəy və aktlar kafedraya təqdim edilmişdir. Hal-hazırda Tematik plana müvafiq ETİ-i davam etdirilir. Eyni zamanda kafedranın 2019-2023-cü illər üzrə ETİ üzrə Tematik Planında nəzərdə tutulmuş hər iki problem AMEA-nın və SOCAR-ın ETİ üzrə Tematik Planlarına daxil edilmişdir. 

     2017-ci ildən kafedra yerinə yetirilən tədqiqat işlərinin nəticələrinə əsasən hazırlanmış layihələr əsasən “Partnyor Elmin İnkişafına Dəstək ” İctimai Birliyi ilə Qrantın ayrılmasına dair müqavilələr bağlayır və bu illər ərzində Birlik bağlanmış müqavilələrə əsasən kafedrada yerinə yetirilən ETİ-ni yüksək dəyərləndirir, layihənin nəticələri qəbul edilmiş, müvafiq aktlar bağlanmış və kafedranın layihədə iştirak edən əməkdaşlarına müvafiq ödənişlər verilir. 

   Beynəlxalq əlaqələr 

      İqtisadiyyat və menecment istiqamətində elmi-tədqiqat, təhsil və təcrübə mübadiləsi sahəsində əməkdaşlığın aparılması və inkişaf etdirilməsi məqsədi ilə kafedra Türkiyə Cumhuriyyəti Celal Bayar Universiteti arasında memarandum imzalanmış, bu memarandumda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar mütəmadi olaraq qarşılıqlı seminarlar və təlimlər aparılır. Manisa Universitetinin bir doktorantı kafedrada tədqiqat aparmış dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcə almışdır. Bu memaranduma müvafiq  “Şaxələndirilmiş iqtisadiyyatın infrastruktur təminatı:əsas meyillər və inkişaf istiqamətləri” Beynəlxalq konfransı və Movlana Değişim proqramına əsasən  Celal Bayar Universitetində (Türkiyə Cümhuriyyəti) iki Uluslarası Türk Dünyası Strateji Araşdırmalar  Konqresi keçirilmiş (TUDSAK) və hər iki Universitet bu konqresin  təsisçisi və təşkilatçısı olmuş, tədbirdə müvafiq tədqiqatçı alimlər ilə iştirak etmiş , elmi toplu çap edilmiş , hal hazırda bu memorandumda nəzərdə tutulmuş tədbirlər üzrə  işlər davam etdirilir.Beləki, 17-21 noyabr 2022-ci ildə Qırğıstan Respublikası Bişkekdə keçiriləcək “ Türk Dünyası Sosiyal Bilimler Konqresi”- də kafedranın 3 əməkdaşının məqalələri konqresin proqramına daxil edilmişdir. 

İstehsalat əlaqələri 

   Kafedra “Menecment” və “Biznesin idarəedilməsi” ixtisasları üzrə bakalavr və magistr tədris pillələrində təhsil alan tələbələr və magistrlərin elmi-pedoqoji və istehsal təcrübələrinin olkə iqtisadiyyatının aparıcı sahələrində aparılması məqsədi ilə  SOCAR , Azəriqaz İB, Neftqaz-tikinti tresti, Azərbaycan Respublikası Auditorlar Palatası, Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında  Vergilər Xidməti, AMEA İqtisadiyyat institutu, Azərbaycan Respublikası  Kənd Təsərrüfatı Nazirliyinin Elm Mərkəzi , Paşa İnşaat,  Azərbaycan Respublikası  Sahibkarlar (işə götürənlər) Təşkilatlar  Milli Konfederasiyası, Bakı Dərin Özüllər zavodu ilə müvafiq müqavilələr bağlamış, bu təşkilatlarda bakalavr təhsil səviyyəsində  istehsalat və  magistratura səviyyəsində elmi- tədqiqat təcrübələrinin  aparılması təmin edilir. 

  Bunlar ilə yanaşı,  kafedrada hazırlanan “ Menecment” və  “ Biznesin idarə edilməsi”  ixtisaslarında magistr və bakalavr təhsil səviyyəsində  təhsil alan tələbələr  iqtisadiyyatın prioritet   sahələrində  istehsalat təcrübəsini  təşkil etmək məqsədilə İqtisadi İslahatlarının Təhlili və Kommunikasiya Mərkəzi ilə 20 oktyabr 2021-ci ildə 21/14 saylı müqavilə bağlanmışdır. İlk tədbir  2 noyabr 2021-ci ildə Menecment və Biznes ixtisasları üzrə təlim təşkil edilib, magistr dissertasiyalarının mövzuları və elmi rəhbərləri müəyyən edilmişdir. 

Təhsil, Elm və İstehsalat Mərkəzi 

  18 mart 2019-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə “Təmiz Qaz” QSC ilə arasında bağlanmış  memoranduma əsasən “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının nəzdində Təhsil,Elm,İxtisasartırma və Məşğulluq sahəsində əməkdaşlıq etmək məqsədi ilə “İqtisadi islahatlar Elm-Tədris” Mərkəzi yaradılmışdır. Hal-hazırda İqtisadi İslahatların təhlili və Kommunikasiya mərkəzi və Azəriqaz İB –də Təhsil-elm-istehsalat-innovasiya mərkəzinin yaradılması istiqamətində müvafiq işlər aparılır. 

   Bunlar ilə yanaşı 2021-ci il 2 noyabr tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Vüsal Qasımlı “Azərbaycanda iqtisadi artım: Çağırışlar və perspektivlər” mövzusunda mühazirə (ustad dərsi) və 18 noyabr tarixində  Post-Konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Prof.,Akif Musayevin “Post-konflikt Ərazilərin Bərpası, yenidən qurulması və məskunlaşdırılması” mövzusunda mühazirəsi təşkil edilmişdir. 

Təlimlər 

  Azərbaycan Respublikası Mərkəzi Bankı. Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Azərbaycan Respublikası Mərkəzi Bankı arasında bağlanmış müqaviləyə müvafiq olaraq “Maliyyə savadlığı” proqramı çərçivəsində İqtisadiyyat və İdarəetmə istiqamətləri üzrə təhsil alan tələbələr 2017-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində Vergilər xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatasının aparıcı mütəxəssisləri kafedranın iştirakı ilə Universitetdə “Maliyyə savadlığı” proqramı çərçivəsində təlim seminarlar aparır , bu tədbirlər İqtisadiyyat və İdarəetmə istiqamətləri üzrə təhsil alan tələbə və magistrlərə  “Bank əməliyyatları”, “Nağdsız ödənişlər”, “Kreditlər”, “Kredit skorinqi” və “Mərkəzi Bankın virtual təhsil platforması” mövzusunda seminarlar keçirilmiş, 315 iştirakçıya müvafiq sertifikatlar verilmişdir. 

Maliyyə Bazarlarına Nəzarət Palatası Təlim və Maarifləndirmə Mərkəzi. 25 dekabr 2018-ci il  “Kapital bazarlarında maliyyələşmə, investisiyalar və listinq”mövzusunda təlim keçirilmişdir. Təlimdə kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzular əhatə olunmuşdur.  
 

Təhsilin bakalavr və magistr səviyyələrində tələbələrin biliklərinin keyfiyyətini artırmaq üçün təkliflər

Təhsil alanların bilik səviyyəsini yüksəltmək, tədrisin keyfiyyətini artırmaq məqsədi ilə Azərbaycanda ölkə iqtisadiyyatının dayanaqlı və davamlı inkişafının təmin edilməsinə yönəldilmiş  İqtisadi inkişaf konsepsiyası, Milli iqtisadiyyat və onun sektorlarının inkişafı üzrə  Strateji Yol Xəritəsi və burada nəzərdə tutulmuş 11 istiqamət ,  2030-Milli prioritetlər , İşğaldan azad olunmuş ərazilərin  post konfilikt dövründə  bərpası infra strukturların yenidən qurulması istiqamətində  ölkə prezidentinin 4 sərəncamlarında nəzərdə tutulan tədbirlət və bununla əlaqədar  həyata keçirilən işlər,onların məzmun və mahiyyəti  haqqında məlumatlar fənnlərin tədrisində nəzərə almaq , bakalavr və  magistr səviyyəsində təhsil alan tələbələrin  ETİ-ni və magistr dissertasiyalarının mövzularını Elm-tədqiqat institutlarının Tematik planlarında nəzərdə tutulan tədqiqat işlərinin və istehsalatın zəruri və vacib sahələrinin nəzərə alınması prioritet olmalıdır. Tədrisin məzmunu və keyfiyyətini, son nəticədə mütəxəssis hazırlığının səviyyəsini  yüksəltmək məqsədilə qeyd olunanlar ilə yanaşı ictimai əsaslarlarla və yaxud ödənişli əsaslarla  istehsalatda və Elmi-tədqiqat institutlarında fəaliyyət göstərən yüksək ixtisaslı  mütəxəssislərin tədris prosesinə cəlb etmək və istehsalatda kafedralarda hazırlanan ixtisaslara müvafiq   aşağıdakı mərkəzlərin yaradılmasını təklif edirik:  

  1. İnnovativ iqtisadiyyatın qurulması təhsil alanların bilik səviyyəsinin yüksəldilməsini tələb etdiyi üçün bu  məqsədlə Elm-Təhsil-İstehsalat zəncirinin yaradılması;

  2. Kafedraların elmi-tədqiqat işlərini AMEA-nın müvafiq institutları, sahə elmi-tətqiqat institutları , müvafiq müəssisə və təşkilatların ETİ Tematik planları ilə koordinasiyanın edilıməsi. “Biznesin iqtisadiyyatı və menencment” kafedrasında yerinə yetirilən elmi-tədqiqat işləri AMEA-nın İqtisadiyyat inistitutunun və  SOCAR-ın Tematik planlarına daxil edilmiş və buna müvafiq tədqiqat işləri aparılir , magistr , doktorant və dissertantların dissertasiya mövzuları müəyyən edilir.Hal-hazırda Univesitetdə təhsil alan 5 magistirin AMEA-nın İqtisadiyyat , 5 magistirin  SOCAR-ın “ Azəriqaz” İB, 5-magistirin  İqtisadi Təhlil və Kommunikasiya Mərkəzinin, 4- magistirin Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin Tematik planlarında nəzərdə tutulmuş prioritet istiqamətlər üzrə magistr mıvzuları  müəyyən edilmişdir. Magistrlərin dissertasiya işlərinin müəyyən edilmiş dissertasiya  mövzuları və elmi rəhbəri qeyd olunan təşkilatlar tərəfindən müəyyən edilmiş və Universitetin rektorunun əmri ilə təsdiq olunmuşdur. 

  3. Kafedranın nəzdində “TəmizQaz” ilə birlikdə  “Elm-təhsil-istehsal”mərkəzi yaradılmış və hal-hazırda ödənişli əsaslarla istehsalatda fəaliyyət göstərən işçilərin iqtisadiyyat və idarəetmə istiqamətində ixtisaslarının artırılması ilə əlaqədar onlarin tədrisinin təşkili istiqamətində   müvaviq işlər aparılır;   

  4. Doktorant, magistr və bakalavr səviyyəsində təhsil alan tələbələrin və tədqiqatçıların  “İqtisadi islahatlar və prespektiv inkişaf” mövzusunda mütəmadi elmi seminarlarının təşkili ediməsi;

  5. işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafında infrastruktrun layihələrin  hazırlanması və həyata keçirilməsi prosesinə  və bu  tədbirlərin icrasına gənc tədqiqatçıların, tələbələrin istehsalat təcrübələrinin təşkili  və bu tədbirlərə  professor-müəllim heyyətinin cəlb edilməsinin təmin edilməsi; 

Mütəxəssis hazırlığının keyfiyyətini artırmaq məqsədilə hazırlanmış və istehsalatda təqdim olunan təklif və tədbirlər.

   Ölkə iqtisadiyyatının  İnkişaf istiqamətləri üzrə müəssisənin innovasiya yönümlü texnologiyalarının tədris prosesinə  tətbiqi, tikinti-quraşdırma işlərində innovasiyaların tətbiqi, investisiya qoyuluşunun səmərəliliyinin artırılması və təkmilləşdirilməsi istiqamətləri üzrə kafedrada mütəmadi olaraq təklif və tövsiyyələr hazırlanır və tədris prosesində istifadə edilməsi məqsədilə müvafiq təlimlər təşkil edilir. Kafedrada yerinə yetirilən ETİ nəticələri üzrə hazırlanmış təkliflər Energetika Nazirliyininə, SOCAR , Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azəriqaz İB, Azərişıq, AR Mənzil İnşaatı Dövlət Agentliyinə təqdim olunmuş və yerinə yetirilən ETİ-nin nəticələrinin istehsalata tətbiqi haqqında müvafiq rəy və aktlar kafedraya təqdim edilmişdir. Bu təkliflər tətbiq haqqında verilmiş təkliflər tədris prosesində tələbələr ilə müzakirə edilir bu isə öz növbəsində tədrisin keyfiyyətinə müsbət təsir göstərir. Hal-hazırda Tematik plana müvafiq ETİ-i davam etdirilir. 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]