İnşaat Materialları Elmi Tədqiqat və Sınaq Laboratoriyası
«İnşaat Materialları Elmi Tədqiqat və Sınaq Laboratoriyası»
2006-cı ildə Universitetin nəzdində «İnşaat Materialları Elmi Tədqiqat və Sınaq Laboratoriyası» yaradılmış və Azərbaycan Milli Akkreditasiya sistemində texniki səlahətliliyə və müstəqilliyə akkreditasiya olunmuşdur. 2012-ci ildə laboratoriya İSİ/İEC 17025:2009 “Sinaq və kalibrləmə laboratoriyalarının salahiyyətliliyinə ümumi tələblər” satandartına uyğun akkreditasiya olunmuşdur.
«İnşaat Materialları Elmi Tədqiqat və Sınaq Laboratoriyası» təsərrüfat hesablı əsaslarla fəaliyyət göstərir. Laboratoriya tikinti şirkətləri və ilə müqavilələr əsasında bir şox inşaat materiallarının sinağını həyata keçirir. Bu şirkətlər arasında “ALTES QROUP”, “Asfen” şirkəti, “Şans Construction” qropu, “Xəzər Dəniz Gəmiciçilık idarəsi” “Qlobal İnteriores Qroup”, “Alfa LTD” Bunlara misal olaraq:
▪ beton tərkibinin layihələndirilməsi və betonun sınanılması
▪ asfaltbeton tərkibinin layihələndirilməsi və asfaltbetonun sınanılması
▪ armaturun sınanılması
▪ portlandsementin sınanılması
▪ inşaat hava əhənginin sınanılması
▪ gips yapışdırıcılarının sınanılması
▪ keramika məmulatlarının sınanılması
▪ təbii daşların sınanılması
▪ iri və xırda doldurucuların sınanılması
▪ bitumun sınanılması
Bu sınaqlar müasir tələblərə uygun yeni avadanlıqlarda həyata keçirilir.
“İnşaat Materialları Elmi Tədqiqat və Sınaq Laboratoriyasının müdiri t.e.n., d professor İradə Nüsrət qızı Şirinzadədir. İ.N.Şirinzadə 1963-cü ildə Ağdam rayonunda anadan olub. O 1980-1985-ci illərdə Azərbaycan İnşaat mühəndisləri İnstitunun İnşaat Texnologiya fakultəsində təhsil almış və İnstitutu bitirdikdən hal-hazırki vaxtadək “İnşaat matüerialları” kafedrasında işləyir. 1988-1992-ci illərdə D.İ.Mendeleyev adına Moskva Kimya-texnologiya İnstitunda məqsədli aspiranturada namizədlik dissertasiyası müdafiə etmişdir. 2010-cu ildən isə elmlər texnika elmləri doktorudur. 2005-ci ildən 2018-ci ilədək İ.N.Şirinzadə “İnşaat materialları” kafedrasının, 2018-ci ildən isə “Materialşünüslıq” kafedrasının müdiri vəzifəsində çalışır. 120-yə yaxın elmi əsərin müəllifidir. Həmçinin 2 dərsiliyin, 2 dərs vəsaitinin və 1 monoqrafiyanın müəllifidir.
Əlaqə telefonları: (012) 439 10 34; (050) 393 70 40; (055) 712 23 81;