Məzunlar
Gülnisə Əliyeva Əlizadə qızı İxtisas: İnşaat mühəndisliyi Təhsil ili 2017-2021 2018-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universiteti rəhbərliyi tərəfindən təhsildə və ictimai aktivlikdə fərləndiyinə görə diplom verilmişdir. 2019 və 2020-ci illərdə ard -arda Azərbaycanda keçirilmiş Beynəlxalq Enactus Yarışında komanda ilə Universiteti təmsil edərək 3-cü və 2-ci yerlərin qalibi olaraq diplom və kubok ilə təltif edilmişdir. 2020-ci ildə yenidən Universitet rəhbərliyi tərəfindən fərqlənmə sertifikatı ilə təltif edilmişdir. 2020-ci ildə Facility Management Group (FMG) şirkətində keçirilən internship müsabiqəsində uğurlu nəticə əldə edərək 3 aylıq təcrübəni uğurla bitirmişdir. 2021-ci ildə BP və Baki Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən Business Education for Engineers kursuna iştirak haqqı qazanmış və uğurla bitirmisdir. 2021-ci il aprel ayından etibarən PMD Projects MMC də çalışmağa başlamışdır. |
|
Aytən Abdullayeva Gündüz qızı İxtisas: Memarlıq Təhsil ili: 2017-2021 2019-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və magistrantlarının 41-ci elmi konfransında göstərdiyi nailiyyətlərə görə “II Dərəcəli Diplom”-la təltif edilib. 2019-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universiteti Kitabxanası tərəfindən “İlin Oxucusu” nominasiyasında mükafatlandırılıb. 2019-cu il Suraxanı Gənclər Evində “Heydər Əliyev irsi və Azərbaycan” mövzusunda məruzəçi 2019,2020-ci illərdə Enactus Azərbaycan Sahibkarlıq Yarışmasının laureatı (II və III yer) 2020-ci il Enactus Azərbaycan 2020 müsabiqəsində cəmiyyətə müsbət təsirinə görə Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən Təşəkkürnamə 2020-ci il “Startup Ecosystem in UK and Azerbaijan” layihəsinin iştirakçısı 2020-ci il London Metropoitian Universitetinin və Britaniya Konsulluğunun “Creative Spark” sahibkarlıq proqramı iştirakçısı 2020-ci il Binəqədi Gənclər Evinin “Gənc Liderlik Məktəbi” iştirakçısı 2020-ci il “Memarlıq və Müasir Azərbaycan” layihəsinin təşkilat komitəsi 2020-ci il Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən Təşəkkürnamə 2020-ci il “Uluslararası Girişimcilik Çalıştayı”-da Azərbaycan komandası təmsilçisi |
|
Əzimzadə Təhminə Elmar qızı İxtisas: Memarlıq Təhsil ili: 2014-2018 Əzimzadə Təhminə 2017-ci ildə memarlıq sahəsi üzrə uğurlu fəaliyyətinə görə «ilin gənci» seçilib. WorldBuild Baku inşaat sərgisi çərçivəsində İnşaat materiallarından alternativ istifadə üzrə seminarda təqdim olunan işlər üzrə yarışmada ikinci yerin qalibi olub.. Azercellin təqaüdçüsü |
|
Kocayeva Məryəm Rüstəm qızı İxtisas: Memarlıq Təhsil ili: 2014-2018 WorldBuild Baku inşaat sərgisi çərçivəsində İnşaat materiallarından alternativ istifadə üzrə seminarda təqdim olunan işlər üzrə yarışmada birinci yerin qalibi olub. Bayıl qəsəbəsində hamam kompleksinin dizayneri. ADNSU-nun tələbə yataqxanasının memar-dizayneri (komanda işi) |
|
Fərəcullayev Nadir Əli oğlu İxtisas: Memarlıq Təhsil ili: 2014-2018 “Говоритъ с тобой” kitabının illustratoru Divar rəsmlərinin müəllifi |
|
Rüstəmli Rahimə Köçəri qızı İxtisas: Memarlıq Təhsil ili: 2014-2018 “Abşeron memarlığını qorumaq, milli incəsənət ruhunu yaşatmaq və gələcəyə ötürmək məqsədilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin elan etdiyi müsabiqədə Pirşağı kəndi üzrə 1ci yerin qaliblərindən biri gənc memar SABAH qruplarının məzunu Rahimə Rüstəmli olmuşdur. Təklif olunan layihə çərçivəsində Pirşağının fərqli hissələrindən qəsəbə üçün xarakterik ola biləcək dörd fərqli tipli ictimai məkanın funksional və həcm-komposiziya həllinə fokus olunub. Bölgələrdən üçü Əjdər Məlikov küçəsi boyunca yerləşir və davamlı yaşıl zolaq təşkil edir, digəri isə dalanlardan birində seçilib və məhlələr üçün prototip rolunu oynayır. |