İnşaat mühəndisliyi


Tədris planı
Təhsil proqramı


İnşaat mühəndisliyi ixtisasının təsviri

İnşaat mühəndisi ixtisası mühəndis düşüncəsinin yaradılması və eyni zamanda inşaat sahəsində təsəvvürün yaradılması yönümlüdür. İnşaat mühəndisi binalar, yollar, kondisioner, tunellər, bəndlər, körpülər, kanalizasiya və kanalizasiya sistemləri üçün genişmiqyaslı tikinti layihələri və sistemləri hazırlayır, qurur və quraşdırır. Bu ixtisasa yiyələnən mütəxəssis tikinti işləri üçün layihə hazırlayır, onların cədvəlini, sifarişini, tələb olunan əmək miqdarını təyin edir, lazımi tikinti materiallarını seçir. Planlaşdırma zamanı hansı tikinti materiallarından istifadə olunacağına qərar verən bu mütəxəssisdir. Burada o, materialın xüsusiyyətləri və keyfiyyətləri, sələflərinin və rəqiblərinin uğurlu təcrübəsinə dair biliklərə etibar edir. Layihənin yaradılmasında iştirak etməklə yanaşı, inşaat mühəndisi işçi qrupu seçimində iştirak edir və tikinti prosesinə nəzarət edir. 

İnşaat mühəndisliyi daim inkişafda olan sahələrdən biridir. Nəzərə alsaq ki, davamlı olaraq yeni binalar tikilir, layihələr həyata keçirilir bu zaman ixtisası da perspektivli sahələrdən biri hesab etmək olar. Uğurlu karyera üçün peşə sahibi öz üzərində davamlı olaraq çalışmalı ,dil biliklərin təkmilləşdirməlidir.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

Kompüter bilikləri (Microsoft Office proqramları, MATLAB);
Əlavə olaraq çertyoj çəkmə üçün proqramlar (Autocad, Archicad)
Daha sonra tədrislə yanaşı, konstruksiyanın hesabatını icra edən proqramları bilməli;
Xarici dil bilikləri ( ingilis dili bilməsi üstünlükdür);
Analitik düşüncə bacarığı;
Güclü yaddaş;
Ünsiyyət bacarıqları;
Fiziki dözümlülük;
Yüksəklik qorxusunun olmaması;
Texnoloji dəyişiklikləri və texniki yenilikləri mənimsəməyi bacarmalı;
İş proseslərinin optimallaşdırılması üçün yeni texnologiyaların tətbiqi ilə bağlı tövsiyələr verməli;
Məsuliyyətli olmalı;
Məkan təsəvvürünə malik olmalı;
Qabaqcıl perspektiv düşüncə bacarığına sahib olmalı;
Yaxşı müşahidə qabiliyyəti olmalı;
Təşkilatçılıq bacarıqlarına sahib olmalı;
Dəqiqlik;
Detallara diqqət yetirməyi bacarmalı.























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]