Gənc müəllimlər məktəbi

Gənc müəllimlər məktəbi

2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor G.H.Məmmədovanın təklifi ilə İxtisasartırma fakültəsində Gənc müəllimlər məktəbi yaradılmışdır. Məktəbdə universitetimizin 60-a yaxın əməkdaşları iştirak etmişdir.Dinləyicilərə professor və müəllim heyəti tərəfindən müvafiq fənlər üzrə seminarlar keçirilmişdir.Gələcəkdə "Gənc müəllimlər məktəbinin kurslarına davam etdirilməsi nəzərdə tutulur. 

      24.04.2020-ci il saat 18:00-da  Azərbaycan Memarlıq ve İnşaat universitetində İxtisasartırma fakültəsinin dekanı dosent C.N.İmaməliyevanın təşkilatçılığı ilə Gənc Müəllimlər məktəbinin növbəti seminarı məlum Pandemiya səbəbindən online şəkildə keçirildi, seminara universitetimizin kafedra, dekanliq ve ayrı-ayrı şöbələrinin 50-yə yaxın müəllim və əməkdaşları qoşuldu.İlk seminarı FH və HFT kafedrasının dosenti Gözəlov Siyavuş müəllim tərəfindən keçirildi,müəllimlərin məlum vəziyyətlə əlaqədar online tədrisə münasibəti keçirilmə qaydaları tələbələrin bu dərslərə cəlbetmə formaları həvəsləndirilmələri müəllimlərin hazırlaşma qaydaları müzakirə olundu.Sonda hər bir seminar iştirakçısı öz dərin minnətdarlığını və dərsin çox gözəl keçdiyini bildirdiler.                                

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.