İxtisasartırma kursları

İxtisasartırma kursları

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İxtisasartırma fakültəsinin nəzdində kənar təşkilatlarda fəaliyyət göstərən qeyri ixtisasçılar üçün nəzərdə tutulmuş ödənişli ixtisasartırma kursları təşkil olunur. Kurslar müvafiq olaraq 3 və 6 ay müddətində keçirilir.Kurslarda ixtisaslara uyğun olaraq proqramlar üzrə dərslər keçirilir və kursların sonunda imtahan verilir imtahanı müvəffəqiyyətlə keçən dinləyicilərə vəsiqə verilir.

İxtisasartırma kurslarında aşağıdakı ixtisaslar üzrə kurslar təşkil olunur:

Geodeziya ixtisası
İnşaat mühəndisliyi ixtisası
Memarlıq ixtisası
Dizayn ixtisası
Nəqliyyat tikintisi mühəndisliyi;
Yol hərəkətinin təşkili ixtisası
Körpü və tunellər ixtisası
Əməyin mühafizəsi və təhlükəsizliyin idarə olunması
Nəqliyyat vasitələrinin təhlükəsizliyi və avto texniki sığorta ekspertizası

Kursun qəbulu üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

- 1ədəd 3x4 ölçüdə foto

-Şəxsiyyət vəsiqəsinin surəti 

Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi,11.
Tel:  (+994 12) 537 11 34
mob: (+994 50) 206 00 74
E-mail:  iaf@azmiu.edu.az

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.