Qrant fondları ilə iş
Beynəlxalq Qrantlar
Layihənin adı | Layihənin rəhbəri | Donor təşkilat | Layihənin müddəti |
Earthquake Resistant Design, Protection, and Performance Assessment in Earthquake Engineering |
Azər Qasımzadə Mexanika kafedrası |
Avropa İttifaqı | 03.08.2023- 31.12.2023 |
Improved Support for Entrepreneurial Development in Rural Areas of Azerbaijan | İslam Mustafayev İsrafil oğlu | Avropa İttifaqı | 2020-2022 |
Azərbaycanda karbon emissiyalarinin azaldilmasini təmin edən milli fəaliyyət planlari (nama) -nationally appropriate mitigation actions (namas) for low-carbon end-use sectors in Azerbaijan | Məmmədov Nurməmməd Yaşar oğlu | BMT – nin Azərbaycan üzrə nümayəndəliyinin NAMA Qrant layihəsi | 2021 |
Respublika Qrantları
Layihənin adı | Layihənin rəhbəri | Donor təşkilat | Layihənin müddəti |
Bina və Qurğuların Monitorinqi və Müşahidəsi |
Azər Qasımzadə Mexanika kafedrası |
BP Azərbaycan | 31.11.2023- 31.11.2024 |
Fe-Si-C maqnityumşaq amorf lent nümunələrinin tədqiqi və onların ənənəvi kristallik FeSi (elektrotexniki polad) materiallarını əvəz etmə imkanlarının araşdırılması. |
Prof. Adil Polad oğlu Abdullayev Fizika və kimya kafedrası |
Elmin İnkişafı Fondu | 24 ay |
Polimer kompozit materialların sintezi, modifikasiyası və xarakteristikası |
Ass. Xankişiyeva Rəna Faik qızı Fizika və kimya kafedrası |
Elmin İnkişafı Fondu | 30 gün |
Qarabağın tarixi abidələrinin bərpasında istifadə ediləcək inşaat məhlulları tərkiblərinin işlənməsi |
Şirinzadə İradə Nüsrət qızı Materialşunaslıq kafedrası |
Elmin İnkişafı Fondu | 2022-2024 |
Klassik və kvant mexanikasının bəzi məsələlərində spektral nəzəriyyənin və qeyri-harmonik Furye analizinin metodlarıKlassik və kvant mexanikasının bəzi məsələlərində spektral nəzəriyyənin və qeyri-harmonik Furye analizinin metodları | Aslanova Nigar Məhər qızı | Elmin İnkişafı Fondu | 2021-2022 |
Qarabağın tarixi abidələrinin bərpasında istifadə ediləcək inşaat məhlulları tərkiblərinin işlənməsi | Şirinzadə İradə Nüsrət qızı | Elmin İnkişafı Fondu | 2022-2024 |
İstehsalatda tətbiq üçün hazır olan innovasiya məhsulları və yeni texnologiyalar (2023-cü il)
İcraçı(lar) | Mövzunun adı və qısa xarakteristikası | Harda tətbiq olunub və ya hansı sahələrdə tətbiq oluna bilər |
Quvalov A.A., Abbasova S.İ., Hüseynov C.N. | Yüksək möhkəmlikli beton. Sement klinkerinə xüsusi maddələrin təsiri ilə aləınmış nanohissəciklərin beton qaışığına verilməsi ilə onun reoloji xassələri yaxşılaşır. Alınmış beton yüksək möhkəmliyə malik olması ilə bərabər ilkin möhkəmliyini tez yığır. | Yüksək möhkəmlikli beton və dəmir-beton məmulatları istehsalında tətbiq edilir |
Quvalov A.A., Abbasova S.İ., Əkmədli N.Z. | Qeyri filiz materiallarının dispersləşdiricisinin alınma üsulu. Vulkan süxurları əsasında hazırlanmış kompleks nanodispersləşdiricinin 1,1-1,3% miqdarında tətbiqi zamanı betonun sıxılmada möhkəmlik həddini 41-56% yüksəldir, eyni zamanda betonun sukeçirməzliyini W22-yə, şaxtayadavamlılığını isə F300-ə qədər artırır. | Əmtəə betonları istehsalında və yüksək möhkəmlikli betonların hazırlanmasında, tətbiq edilir |
Hümbətov M.O. |
Sadə superfosfatın alınması üsulu. Sadə superfosfatın –fosforlu gübrənin alınması texnologiyasına aiddir. Texnologiya təbii sərvətlərdən səmərəli istifadəyə və sənaye tullantılardan istifadə olunmaqla həyata keçirilir. | Sumqayıt texnologiyalar parkında, Belarusiyada QOMEL kimya zavodunda və s. tətbiq oluna bilər. |
Akademik Əliyev T.A., t.e.d., prof. Musayeva N.F |
Küyqarışıq siqnalların faydalı komponentlərinin yüksək tərtibli ehtimal modellərinin qurulması, alqoritm və proqram vasitələrinin hazırlanması, hesablama eksperimentlərinin aparılması, alınan nəticələrin müqayisəli analizinin keçirilməsi
Mövzu haqqında olan nəşr: Creating a Database of Estimates of Noise Characteristics for Monitoring the Technical Condition of Industrial Facilities//In book “Recent Developments and the New Directions of Research, Foundations, and Applications”, pp. 127–137, 2023, Springer, Scopus |
Texnoloji proses üçün yolverilməz dəyişikliklərin diaqnostik əlaməti kimi küy qarışıq siqnalın faydalı komponentinin yüksək tərtib ehtimal modeli hazırlanmış, parametrlərin mümkün qiymətləri və müvafiq təhlükə dərəcələri müəyyən edilmişdir. Proqram təminatı tərtib edilmiş, hesablama təcrübələri və müqayisəli təhlillər aparılmışdır. Hazırlanmış alqoritmlərdən nəqliyyat kompleksinin obyektləri üçün istifadə imkanlarına baxılmışdır. |
İnnovasiya xüsusiyyətli elmi tədqiqat işləri:
- Kiçik və orta biznes subyektləri üçün resurs səmərəli dairəvi istehsalın təşkili sahəsində təlimlərin təşkili. “Fövqəladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının müdiri: İ. Mustafayev
- Kompleks nanomodifikatorların alınması və onların betonun xassələrinin yaxşılaşdırılmasında tətbiqi. “İnşaat materiallarında nanotexnologiyalar” laboratoriyası üzrə layihə.A. Quvalov
- Torpaq bəndlərin yuxarı yamacının dağıdıcı təsirlərdən mühafizəsi və gövdəsində baş verən sızma proseslərinin tədqiqi. “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının müdiri: E.Paşayev, Z.Musayev, E.Həsənov, A.Mürsəlov
- Membran (nanosüzülmə) üsulu ilə duzlu sulardan suvarma və texniki məqsədlər üçün şirinləşdirilmiş suyun alınma texnologiyasının işlənilməsi. “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının müdiri: N.Məmmədov
- Suvarma və Drenaj Sisteminin Təkmilləşdirilməsinə Hazırlıq (PIDSD). Su təsərrüfatı və suyun ekologiyası ETL. Laboratoriya rəhbəri - E.Atababayev
- Miniatur akkumlyatorlar yaratmaq. Metal və ərintilər fizikası ETL. Laboratoriya rəhbəri: H. Hüseynov