İnşaat konstruksiyaları kafedrası


“İnşaat konstruksiyaları” kafedrası

“İnşaat konstruksiyaları” kafedrası inşaat mühəndiyi ixtisası üzrə buraxılış kafedrasıdır. Kafedrada təhsilin bakalavr pilləsində tədris olunan fənlər:

“Dəmirbeton konstruksiyaları-1”;

“Dəmirbeton konstruksiyaları-2”;

“Metal konstruksiyaları”;

“Ağac konstruksiyaları”

“İxtisasın İnformasiya Texnologiyaları“;

“İnşaat mühəndisliyində layihələndirmə”;

“Müasir İnşaat konstruksiyaları”.

“İnşaat konstruksiyaları”

Təhsilin magistratura pilləsində pilləsində tədris olunan fənlər:

“Xüsusi metal konstruksiyaları”;

 “Mühəndis dəmirbeton konstruksiyaları”;

“Diferensial tənliklərin ədədi həll üsulları”

“İnşaat konstruksiyalarının hesalanmasının təqribi üsulları”

“İnşaatda informasiya texnologiyaları”.

 

Kafedra əməkdaşları tərəfindən təhsilin bakalavr və magistr pillələri üçün Təhsil Nazirliyinin qrifi ilə bir çox dərslik və dərs vəsaitləri çap olunmuşdur.

2011-ci ildən başlayaraq “İnşaat konstruksiyaları” kafedrasına t.e.d., professor Muxlis Əhməd oğlu Hacıyev rəhbərlik edir. Professor Muxlis Hacıyev 09.05.1960-cı ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olmuş, 1975-ci ildə bu kəndəki orta məktəbin səkkizinci sinfini əla qiymətlərlə başa vurararaq elə həmin il müsabiqə yolu ilə Bakı şəhərində yerləşən respublika 1№-li fizika-riyaziyyat təmayüllü internat məktəbin riyaziyyat sinfinə qəbul olunmuş və 1977-ci ildə bu məktəbi bitirərək elə həmin il Leninqrad İnşaat Mühəndisləri İnstitutuna (indiki Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universiteti) qəbul olunmuşdur. 1982-ci ildə həmin institutu “mühəndis-pedaqoq” ixtisası üzrə bitirdikdən sonra təyinatla Azərbaycan inşaat mühəndisləri institutunun inşaat müxanikası kafedrasına göndərilmişdir. Bir il kafedrada çalışdıqdan sonra iki illik Leninqrand inşaat mühəndisləri institutuna təcrübəçi-tədqiqatçı kimi göndərilmiş, bundan sonra bir illik aspiranturanı bitirmiş və 1990-cı ildə 0.02.04- deformasiya edən bərk cisimlər mexanikası ixtisası üzrə “Sürüngənlikdə sıxılmış millərin dayanıqlığı” mövzusunda namizədlik dissertasiyasını, 2007-ci ilə isə 05.23.01-inşaat konstruksiyaları, bina və qurğular və 05.23.17-inşaat mexanikası ixtisasları üzrə “Milvari dəmirbeton elementlərin materialların qeyri-xətti deformasiya diaqramlarının tətbiqi ilə qısa və uzunmüddətli yükləmələrdə möhkəmliyi və dayanıqlığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-cı ildən dosent, 2008-ci ildən professordur.

2009-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında ali Attestasiya Komissiyasının inşaat və maşınqayırma üzrə ekspert şurasının üzvü, 2010-cu ildən isə bu şuranın sədridir. Professor M.Ə.Hacıyev 300-dən artıq elmi məqalənin, bir nonoqrafiyanının və 35-dən çox kitabın  müəllifidir. Professor Hacıyev, həm də gənc elmi kadrların hazırlanmasında yaxından iştirak edərək, rəhbərliyi altında artıq 15 nəfər fəlsəfə doktoru dissertasiyasını müdafiə etmiş, hazırda isə 7 nəfərin fəlsəfə doktoru dissertasiyası üzrə, 3 nəfərin isə elmlər doktoru proqramı üzrə elmi rəhbəridir. Bundan əlavə görkəmli alim, Rusiya federasiyası və Qazaxstan Respublikasının doktorantlarının fəlsəfə doktoru dissertasiyaları üzrə rəhbəridir.

      Professor M.Ə.Hacıyev 2000-2007-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris şöbəsinin müdiri, 2009-2011-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının tədris şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

Hal-hazırda kafedranın tərkibi aşağıdakı kimidir:

1. Muxlis Əhməd oğlu Hacıyev - Kafedra müdiri, texnika elmləri doktoru, professor;

2. Lətif Məcid oğlu Zeynalov - Texnika üzrə fəlsəfə doktoru, professor;

3. Hüseyn Artık oğlu Xəlilov - Texnika üzrə fəlsəfə doktoru, dosent;

4. Ramiz Dadaş oğlu Əliyev - Texnika üzrə fəlsəfə doktoru, dosent;

5. Eldar Cahangir oğlu Rüstəmov - Texnika üzrə fəlsəfə doktoru, dosent;

6. Namiq Həsən oğlu Seyidov - Texnika üzrə fəlsəfə doktoru, dosent;

7. Cahangir Vəli oğlu Əsgərov - Texnika üzrə fəlsəfə doktoru, dosent;

8. Poluxov Nazim Şamil - Texnika üzrə fəlsəfə doktoru, dosent;

9. Əzizə Mürsəl qızı Quliyeva - Texnika üzrə fəlsəfə doktoru, dosent;

10. Ilham  Xəlil oğlu Poluxov - Texnika üzrə fəlsəfə doktoru, dosent;

11. Elçin Zirəddin oğlu Əsədov - Texnika üzrə fəlsəfə doktoru, assistent;

12. Masil Mahir oğlu Dəmirov - Baş müəllim;

13. Tural Mübariz oğlu Əliyev - Baş müəllim;

14. Şirazi Azad oğlu İsmayılov - Baş müəllim;

15. Ayaz İsmayıl oğlu Məmmədov - assistent;

16. Nicat Elxan oğlu Yaqublu - assistent;

17. Ayaz  İsmayıl oğlu Məmmədov - assistent;

18. Seymur Razim oğlu Bəşirzadə - exnika üzrə fəlsəfə doktoru, assistent;

19. Mürsəli Səidə Zakir qızı - Böyük laborant;

20. Əliyeva Çinarə Qara qızı - laborant;

21. Əliyeva Lalə Kamal qızı - laborant.

Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə 2013-cü ildə kafedrada “İnşaat Konstruksiyalarının Kompüter Modelləşdirilməsi” laboratoriyası, 2015 –ci ildə “Paşa İnşaat” şirkətinin dəstəyilə “İnşaat Konstruksiyalarının Müayinəsi və Tədqiqi Tədris və Elmi Tədqiqat” laboratoriyası, 2023-2024 –ci illərdə “Avant Group” və 2024-2025–ci illərdə isə “Unico”  şirkətlərinin dəstəyilə “İnşaat Mühəndisliyində Layihələndirmə” laboratoriyaları  yaradılmışdır.

Kafedra İstambul Texnik Universiteti, Novosibirsk Dövlət Memarlıq və İnşaat Universiteti, Tomsk Dövlət Memarlıq və İnşaat Universiteti, Saratov Dövlət Memarlıq və İnşaat Universiteti, Penza Dövlət Memarlıq və İnşaat Universiteti, Almata Dövlət Texniki Universitetləri ilə sıx əməkdaşlıq edir.

Tarixə nəzər salsaq, “İnşaat konstruksiyaları” kafedrası 1920-ci ildə Azərbaycan Sənaye İnstitutunun tərkibində  olan “İnşaat” fakultəsinin nəzdində yaradılmışdır. Həmin dövrün ilk ilində kafedrada “Dəmirbeton konstruksiyaları“, “Metal konstruksiyaları“ və “Ağac konstruksiyaları” fənləri tədris edilmiş, kurs layihələri yerinə yetirilmişdir.

1931-36-cı illərdə “İnşaat” fakultəsində konstruktor ixtisasından tələbələr təhsil almış və bu kafedranın rəhbərliyi altında yüzə yaxın inşaatcı – mühəndis yetişmişdir.

Hələ həmin dövrdə tədris işlərindən əlavə, kafedranın müəllimləri elmi-tədqiqat işləri ilə də məşqul olurdular. Bu işlərin nəticələri bir sıra elmi məqalələrdə  “İlişmə qüvvələrinin təsiri və qurguların zəlzələyə davamlılıgı”, “Dəniz suyunda ağacın möhkəmliyi”, “Bakı hörgülərində ilişmə qüvvələrinin tədqiqi” (dosent Q. M. Məmmədov), “Ağac borudan suyun sızması” (dosent A.F. Qolubitski), “Dənizdə böyük dərinlikli qazma vışkalarının əsaslarının dayanıqlığa hesablanmasının xüsusiyyətləri” (dosent Q. T. Markatun), “Dəmir-beton konstruksiyaları” (dosent Z.M. Şabanbəyov) öz əksini tapmışdır:

1951-ci ilə qədər Azərbaycan Sənaye İnstitutunun tərkibində “İnşaat mexanikası və konstruksiyaları” kafedrası fəaliyyət göstərmişdir (kafedra müdiri Yevqeniy Semyonovic Morqenşteyn).

1951-54-cü illərdə bu kafedra Azərbaycan Politexnik İnstitutunun tərkibində olmuşdur (kafedra müdiri Andrey Filippovic Qolubitski) və 1954-cü ildə üç müstəqil kafedraya bölünmüşdür: “İnşaat konstruksiyaları” (kafedra müdiri A. F. Qolubitski), “İnşaat mexanikası” (kafedra müdiri H.S. Muradxanov), “İnşaat materialları” (kafedra müdiri A. Bədəlov). Sonralar (1954-cü ildən sonra) “İnşaat konstruksiyaları” kafedrası əsasında daha bir necə kafedra təşkil olunmuşdur: “İnşaat konstruksiyaları” (kafedra müdiri A. F. Qolubitski), “Materiallar müqaviməti” (kafedra müdiri H. Süleymanlı) 1959-cü ildən, “Dəmirbeton konstruksiyaları” (kafedra müdiri Q. M. Məmmədov) 1960-cı ildən.

1968-cı ildən başlayaraq 1982-ci ilə qədər “İnşaat konstruksiyaları” kafedrasına Sadıqov Tofiq Məmməd oğlu, sonra isə Səmədov Arif Əbdüləli oğlu rəhbərlik etmişdir. 1997-1999-cü illərdə bu kafedranın adı deyişdirərək “Metal, agac və plastik kütlə konstruksiyaları” kafedrası olmuşdur.

1999-cü ildə “Metal, agac və plastik kütlə konstruksiyaları” və “Dəmir-beton və daş konstruksiyaları kafedraları birləşdirilərək, əvvələrdə olduğu kimi “İnşaat konstruksiyaları” kafedrası adlandırılmışdır, yəni kafedranın əvvəlki adı bərpa edilmişdir. 2004-cü ildə isə yenidən iki kafadraya ayrılmışdır və 2011-ci ildən “İnşaat konstruksiyaları” kafedrası kimi fəaliyyət göstərir.

Kafedra tanınmış və zəngin təcrübəli müəllimlərin fəaliyyətləri ilə tanınır. İlk olaraq, vaxtı ilə kafedrada fəaliyyət göstərən müəllimlərdən Sadıqov Tofiq Məmməd oğlunun, Məmmədov Qəni Məmməd oğlunun, Qolubitski Andrey Filippovicin, Səmədov Arif Əbdüləli oğlunun, Süleymanov Hənifə Əbdülrəhman oğlunun kafedranın inkişafında oynadıqları rol xüsusi qeyd olunmalıdır.

Kafedranın ilk müdiri olan Andrey Filippovic Qolubitski uzun müddət kollektivə rəhbərlik etmiş inşaatcı kadrların yetişdirilməsində böyük əmək sərf etmişdir. Qolubitski A.F. əmək fəaliyyətinə 1925-ci ildə başlamış, Bakı, Gəncə, Quba və s. Şəhərlərdə tikinti işlərində calışmışdır. O eyni zamanda AZİİ-də dərs demiş, 1930-cü ildə fakultə dekanının müavini, sonra fakultə dekanı işləmişdir. 1954-68-ci ilə qədər A.F.Qolubitski “İnşaat konstruksiyaları” kafedrasının müdiri işləmişdir. Ona Azərbaycan respublikasının “əməkdar inşaatcısı” adı verilmiş, o Lenin ordeni FəxriFərmanı və s. Medallarda təltif edilmişdir.

Prof. Q.M. Məmmədov 1959-1992-ci illərdə “Dəmir-beton konstruksiyaları” kafedrasına rəhbərlik etmişdir. İşlədiyi müddətdə Respublikada tikilən binaların layihələndirilməsinə başcılıq etmişdir. Respublikada 10-dan cox elmlər namizədi hazırlamış, coxlu dərs və dərs vəsaitləri yazmışdır. Respublikada ilk inşaatcılar arasında Əməkdar elm xadimi fəxri ada layiq görülmüşdür. Q.M. Məmmədov Moskvada aspiranturaya daxil olmuş (Moskva inşaat mühəndisləri institutu-MİSİ), böyük müvəfəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmişdir. O zamanlar kafedrada aşağıdakı mövzularda elmi tədqiqat işləri aparılmışdır:

Kafedranın 1969-1982-ci illərdə müdiri olmuş Sadıqov Tofiq Məmməd oğlu təcrübəli pedaqoq olmaqla yanaşı, həm də Böyük Vətən Müharibəsinin iştirakcisi olmuş, Qırmızı Ulduz ordeni və digər medallar təltif olunmuşdur. O, bir sıra dərslik və dərs vəsaitlərinin, onlara elmi məqalələrin müəllifi olmuşdur. Sadıqov T.M. metal konstruksiyaları üzrə ilk dərsliklərin müəlliflərindəndir. Onun 1950-ci ildə cap etdirdiyi “Polad konstruksiyalar” (316 səh.), 1953-cü ildə nəşr edilən “Neft sənayesində polad konstruksiyalar” (51 cap vərəqi) kitabları samballı dərsliklərdir.

Kafedranın müəllimlərindən dosent Əliverdizadə Hidayət Səlim oğlu və dosent Məmmədov Bəhram Nəzmi oğlu da Böyük Vətən Müharibəsi iştirakçıları olmuş, bir sıra orden və medallarla təltif olunmuşlar.

“İnşaat konstruksiya ları” kafedrasının elmi-pedaqoji potensialı cox yksəkdir. Kafedranın müəllimləri dosent Ramazanov E.B., dosent Məmmədov H.N., dosent Eyyubov C.H., dosent Şirinov V.Ə. xarici ölkə ali məktəblərində calışırdılar. Qaradağda “Dərin özüllər” zavodunda təsərrufat hesabı müqavilələri ilə görülən işlər (Hacıyev F.M., Fiqarov Ə.H., Şirinov V.Ə.), Azneftyag kombinatında Qaradağ sement zavodunda, Ceyranbatan su təmizləmə qurgusunda aparılan rekonstruksiya işciləri (dosent Zeynalov L.M.) bu kafedranın əməkdaşlarının yaxından iştirakı ilə aparılmışdır. Kafedranın professoru, “Dənizneftqazlayihə” institunda işləmiş Hacıyev Fərman Mustafa oğlu zəngin istehsalat təcrübəsinə malik olan müəllimlərdən biri olmuşdur. Dənizdə inşa edilən hidrotexniki qurguların (estakadalar, işci meydancaları, rezervuarlar) layihələndirilməsində zəngin təcrübəyə malik olan F.M.Hacıyev, uzun illər ərzində “Dənizneftqazlayihə” institunda rəhbər işlərdə calışmış, institut kollektivinə rəhbərlik etmişdir. F.M. Hacıyev bir müddət “İnşaat konstruksiyaları” kafedrasında işləmişdir. O bir sıra metodik göstərişləri və dərs vəsaitləri cap etdirmişdir. F. M. Hacıyev təcrübəli müəllim olmaqla bərabər, həm də yaxşı alim idi. O, texnika elmləri doktoru, professor idi, onlarla elmi əsərin müəllifi olmuşdur.

Kafedra əməkdaşlarının zəhməti sayəsində coxlu sayda elmi məqalələr yüzlərlə metodik ğöstərişlər, monoqrafiyalar, dərslik  və dərs vəsaitləri yazılmış və çap etdirilmişdir.

1999-2004-cü illərdə “İnşaat konstruksiyaları” kafedrasına, 2004-2011  illərdə isə “Dəmirbeton və daş konstruksiyaları” kafedrasına t.e.d., professor Seyfullayev Xanlar Qurban oğlu rəhbərlik etmişdir. Onun rəhbərliyi ilə çox sayda elmlər namizədi yetişmiş və onlardan bir necəsi hal-hazırda kafedrada calışırlar.

2004-2010-ci illərdə AzMİU-nun “Metal, ağac və plastik kütlə  konstruksiyaları”  kafedrasına Əsgərov Cahangir Vəli oğlu rəhbərlik etmişdir..

Beləliklə qeyd etmək olar ki, “İnşaat konstruksiyaları” kafedrası Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaranmasında baza rolunu oynayan kafedralardan hesab edilə bilər (Azərbaycan İnşaat Mühəndisləri institutu 1975-ci ildə təsis edilmişdir).

 

 

.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]