Əcnəbi vətəndaşların universitetə qəbulu
2024/2025-ci tədris ilindən əcnəbi vətəndaşların universitetə qəbulu www.portal.edu.az vasitəsilə aparılır.
Əcnəbi Vətəndaşların Hazırlıq fakültəsinə qəbul hər tədris ilinin may ayından növbəti ilin fevral ayına kimi həyata keçirilir.
Əcnəbi vətəndaşlar universitetdə tədris olunan bütün ixtisaslar üzrə təhsil ala bilərlər.
Qəbul sənədləri :
- AzMİU ilə əcnəbi vətəndaş arasında müqavilə
- orta, ali təhsil haqqında sənəd (diplom, sertifikat) və transkript (keçdiyi fənlərin və qiymətlərin siyahısı) müvafiq qaydada leqallaşdırılmış (apostil olunmuş)
- sağlamlıq haqqında arayış (QİÇS, Hepatit B, C)
- etibarlı sərhəd keçmə sənədi, xarici passport, şəxsiyyəti təsdiq edən sənəd.
- fəxri təltiflər,sertifikatlar,diplomlar və bu kimi sənədlərin surətləri
Magistr, doktorant səviyyəsinə qəbul olunmaq üçün xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) vacibdir. Bunun üçün www.tkta.edu.az saytına müraciət edilməlidir.
Sadalanan sənədlər azərbaycan dilinə tərcümə olunmalı və notarius tərəfindən təsdiq edilməlidir.
Azərbaycan, rus və ya ingilis dilində orta məktəb bitirmələri haqqında diplom (attestat) təqdim edən xarici vətəndaşlar Hazırlıq fakültəsində təhsil almadan universitetin 1-ci kursuna (memarlıq, dizayn ixtisasları istisna olmaqla) qəbul ola bilərlər. Əcnəbi vətəndaşların dil səviyyəsi universitet üzrə yaradılan müsahibə komissiyasında yoxlanılır və uyğun gəldiyi halda universitetə qəbul rəsmiləşdirilir.
İngilis dili üzrə İELTS və ya TOEFL sertifikatları olduğu halda (Bakalavr səviyyəsi üçün - İELTS 5.0 bal, TOEFL 40 bal;magistr səviyyəsi üçün İELTS 5.5 bal, TOEFL50 bal) dil yoxlamasından azaddırlar.
Ünvan: Bakı şəhəri, AZ 1073, Ayna Sultanova küç, 11.
Əcnəbi Vətəndaşların Hazırlığı fakültəsi
Tel: (+994 12) 510 21 09
Tel: (+994 12) 432 52 26
Mob: (+994 55) 478 64 44 (whatsapp, telegram)
e-mail: [email protected]