Azərbaycan Respublikasının vətəndaşları üçün
DOKTORANTURAYA QƏBUL
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
• ərizə (rektorun adına);
• kadrların şəxsi-qeydiyyat vərəqi;
• tərcümeyi-hal;
• 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
• iş yerindən xasiyyətnamə;
• iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
• çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
• şəxsiyyəti təsdiq edən sənədin surəti.
Doktoranturaya qəbul ali təhsil müəssisələri tərəfindən müəyyən edilən müddətlərdə hər il keçirilir.
ELMLƏR DOKTORU PROQRAMI ÜZRƏ
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
• ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
• kadrların şəxsi-qeydiyyat vərəqi;
• tərcümeyi-hal;
• 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
• iş yerindən xasiyyətnamə;
• əmək kitabçasından çıxarış;
• çap olunmuş elmi işlərin siyahısı;
• “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
• şəxsiyyəti təsdiq edən sənədin surəti.
Ali təhsil müəssisəsinin, elmi təşkilatın elmi şurası “Elmlər doktoru” elmi dərəcəsinə iddiaçı haqqında müvafiq şöbə, bölmə, kafedra və ya laboratoriyanın təqdimatı əsasında doktoranturaya qəbul, dissertasiyanın mövzusu, fərdi iş planı və elmi məsləhətçisi (məsləhətçilər) haqqında qərar qəbul edir. Həmin qərar ali təhsil müəssisələrinin və elmi təşkilatların fəaliyyətini tənzimləyən nizamnaməyə (əsasnaməyə) uyğun olaraq rəsmiləşdirilir.
Elmi məsləhətçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir.
DİSSERTANTLIQ YOLU İLƏ FƏLSƏFƏ DOKTORU VƏ ELMLƏR DOKTORU HAZIRLIĞI
Dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilir:
• ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
• kadrların şəxsi-qeydiyyat vərəqi;
• tərcümeyi-hal;
• 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
• iş yerindən xasiyyətnamə;
əmək kitabçasından çıxarış;
• çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
• «Elmlər doktoru» elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
• çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);
• şəxsiyyəti təsdiq edən sənədin surəti.
Ali təhsil müəssisəsinin və elmi təşkilatın elmi şurası müvafiq şöbə, bölmə, kafedra və ya laboratoriyanın təqdimatı əsasında iddiaçının dissertant təhkim olunması, onun dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbəri (məsləhətçisi) haqqında qərar qəbul edir. Rektorun razılığı əsasında ali təhsil müəssisəsi və ya elmi təşkilatın rəhbəri iddiaçının təhkim olunması haqqında əmr verir.