Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrası


“MEMARLIQ LAYİHƏLƏNDİRİLMƏSİ VƏ ŞƏHƏRSALMA” KAFEDRASI

  Azərbaycan  Memarlıq  İnşaat Unversitetinin ən qocaman  kafedralarından  olan “Memarlıq layihələndirilməsi və şəhərsalma”  kafedrasının yaranması XX əsrin üçüncü onilliyinə, Azərbaycanda  yenicə yaranmış Sovet hakimiyyətinin respublikada  ali  təhsilin təşkili yollarının axtardığı  bir vaxta təsadüf  edir.

  İnqilab komitəsinin 16 noyabr  1920-ci il Dekreti   ilə Zaqafqaziya  tarixində ilk texniki ali təhsil ocağı – Neftsənaye, Elektrotexnika inşaat  mühəndisi, Kənd  təsərrüfatı və İqtisadiyyat  fakültələrindən  ibarət  Bakı  Politexnik  İnstitutu  təsis edilmişdi.  İnistitutun rəsmi açılışı  2 yanvar 1921- ci ildə olmuşdur. 1923-cü ildə isə ona Azərbaycan  Politexnik  İnstitutu adı verilmişdir. 

O illərdəki İnşaat fakultəsində xüsusi  fənlər üzrə  fəaliyyət göstərən kafedralar arasında “Memarlıq layihələndirilməsi”, “Şəhərsalmanın  xüsusi dissiplinası  və məskunlaşmış  yerlərin  planlaşdırılması ” kafedraları da olmuşdur.  

   “Memarlıq  layihələndirilməsi” kafedrasının  müəllim  tərkibi  gələcəkdə  görkəmli alim  və  memarlar  olmuş  kafedranın  məzunları  ilə  böyüməyə başladı; SSRİ  Memarlıq  Akademiyasının  və Azərbaycan  SSR  Elmlər Akademiyasının   həqiqi üzvü S.A.Dadaşov,  Azərb. SSR  EA-nın akademiki, memarlıq   doktoru   prof.  M.Ə. Hüseynov, dosentlər  B.Q.Revazov, Q.A. Sergeyev, SSRİ  İnşaat  və  Memarlıq  Akademiyasının  müxbir  üzvü   V.M.İvanov, dosent Q.Ə.Məcidov, memarlıq namizədləri L.S.Bretanitski, L.İ.Qonsiarovski və başqaları kafedranın formalaşmasında, elmi-pedaqoji fəaliyyətində mühüm rol oynamışlar. Ümumiyyətlə, milli memar kadrların hazırlığında tədrisin ana dilində aparılmasında bu kafedranın müstəsna xidmətləri olmuşdur. Respublikanın  şəhərlərini  bəzəyən  ən gözəl binalar  əsasən  bu  kafedrasının  əməkdaşları  tərəfindən  işlənmişdir.

1970-ci ildə AzPİ-də inşaat fakültəsinin kafedraları və bir sıra ixtisasların bazasında memarlıq fakültəsi yaradıldı (dekan  dos. H.Ə. Məcidov). 60-cı illərin ortaları və 70- illərin əvvəllərində Azərbaycanda, xüsusilə Bakıda panel evtikmə yayılmağa başladı və yaşayış rayonları mikrorayon prinsipləri əsasında tikilməyə başladı. Ciddi, düzxətli tikintilərin yerinə azad, üçpilləli xidmət sistemi olan mikrorayon gəldi. Tələbə- memarların kurs və diplom işləri getdikcə bu memarlıq və şəhərsalma işlərini tam əks etdirirdi. Memarlığın məzmunu,inkişaf stilinin istiqaməti və memarlıq layihələndirmə praktikası dəyişirdi. Bu müddətdə tədris layihələndirmə prosesində layihə həllərinin ekonomikliyinə, layihə memarlıq formaları və konstruksiyalarından istifadə olunmasına xüsusi diqqət verilirdi. Kafedranın professor-müəllim heyətinin kollektivi tələbələrlə birgə böyük konkurs layihəsi hazırladılar – hökümət evi ətrafında mərkəzi meydanın tikintisi (rəhb. rektor memar.dokt.prof.Ə.Ə.Qasımzadə). Bu iş şəhərin memarlıq dairələrində geniş vüsət aldı. Bunun ardınca Bakı şəhərində gənclik mərkəzinin “Ulduz” metro stansiyası, “ Planetariya ” tipləşdirilmiş məktəb binası və yaşayış evlərinin konkurs layihələri işləndi.

1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun bazasında Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (rektor S.Mustafayev) yaradıldı. “Memarlıq layihələndirilməsi” kafedrasının nəzdində “yaradıcılıq emalatxanası” yaradıldı ki, buna da akademik M.Ə.Hüseynov başçılıq edirdi. Xalq təsərrüfatının tələblərini nəzərə alaraq Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (rektor prof. B. S.Sərdarov), memarlıq fakültəsinə qəbul çoxaldı. Buna sübut “Memarlıq layihələndirilməsi” kafedrasında əlavə Azərbaycan və rus dillərində gündüz və gecə tədris qrupları yaradıldı.

80-ci illərdə artıq memarlıq anlamında müəyyənləşdirilmiş dəyişikliklər

nəzərə alınırdı. “Memarlıq layihələndirilməsi”  kafedrasında tədris prosesinə “qrafik həftələr” daxil edilmişdir ki, bu müddət ərzində tələbələr tamamilə yalnız öz kurs layihələrinin tərtibatı ilə məşğul olurdular. Bütün bunlar öz nəticələrini verirdi; tələbələr arasında yaradıcı əlaqələr güclənirdi, layihələr müəllimlərin iştirakı ilə tərtib olunduğuna görə daha dolğun əsaslanmış və bitmiş hesab ohmurdu. Bundan başqa, tələbələrin olduğu bu mühit onların layihə emalatxanalarının şəraitinə uyğunlaşdırılırdı. Bu müddət ərzində kafedrada proqramları və kiçik şəhərlərin,  binalarının interyerlərinin, ümumtəhsil məktəblərinin, yaşayış evlərinin və ictimai binaların layihələndirilməsi mövzusunda metodik göstərişlər işlənib hazırlanmışdır. Müəllimlər: prof. Q.M.Əlizadə, dosentlər - E.İ.Kanukov, T.M.Dadaşov, T.H.Muradxanova, R.M.Sofıyev, Ə.Z.Vəkilova, baş müəllimlər - Z.A.Şıxlinskaya, E.M.Hüseynova, J.T.Cabbarzadə tələbələri təkcə memarlıq layihələndirilməsinin müasir problemlərini anlamağa deyil, həm də mövcud norma və qaydalara yiyələnməyə cəlb edirdilər.

Həmin vaxtda kafedrada yetişmiş gənc kadrlar daha sonra Azərbaycanın bir çox şəhərlərində və ondan kənarda müvəffəqiyyətlə layihə fəaliyyəti ilə məşğul olur və Azərbaycan memarlıq məktəbini şöhrətləndirirdilər.

Zamanın tələblərini nəzərə alaraq, kafedra da öz fəaliyyət dairəsini genişləndirirdi və kafedranın adı dəyişdirildi; “Memarlıq layihələndirilməsi və şəhərsalma” (kafedra müdiri Azərb. Əməkdar memarı, memarlıq doktoru, professor F.M.Hüseynov). YİB (Yaşayış və ictimai binalar) ixtisası ilə yanaşı tələbələrin şəhərsalma ixtisası üzrə  hazırlanması həyata keçirilməyə başladı.

Bu vaxtdan etibarən tədris prosesində layihələndirilmənin elmi əsaslarına, kurs, xüsusilə də, diplom layihələrinin layihəqabağı elmi axtarışların əsasında işlənilməsinə üstünlük verilirdi. 80-ci illərin ortalarından kafedrada buna ciddi qaydada əməl olunurdu - elmi texniki inkişaf şəraitində, elmi cəhətdən əsaslandırılmamış işlər artıq günün tələbinə cavab vermir. Buna uyğun olaraq 1986-1990-cı illərdə kafedra ölkənin müxtəlif təşkilatları ilə təsərrüfat müqaviləsi əsasında ciddi mövzularda böyük həcmli real layihələr həyata keçirilmişdir: Abşeron yarımadasının rayon planlaşdırılmasının inkişaf layihəsi (MLETİ şəhərsalma Moskva şəhəri); şəhərsalma ekologiyasının problemləri (ətraf mühitin qorunması komitəsi, Bakı şəhəri); şəhərsalma memarlıq əsaslarının qanunvericiliyinin işlənilib hazırlanması (Azərbaycan Dövlət Tikinti Komitəsi) və başqaları.

        Həmin vaxtda, “Memarlıq layihələndirilməsi və şəhərsalma ” kafedrasına memarlıq doktoru M.Talıbov, memarlıq namizədləri N.Ə.Talıbov, T.T.Teyyubov, E.H. Ələsgərov dəvət olunmuşdular və bu nəzərə çarpacaq dərəcədə kafedranın elmi potensialını gücləndirirdi.

1987-ci ildə “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasının nəzdində “Regional memarlıq və şəhərsalma problemləri” - elmi-tədqiqat laboratoriyası yaradıldı (elmi rəhbər: mem. dokt. prof. F.M.Hüseynov, müavin: baş memar R.D.Babayev).  Laboratoriya 1992-ci ilə qədər Azərbaycan Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilirdi.

        1985-1990-cı illərdə “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasına ölkənin başqa memarlıq məktəblərinin təcrübəsindən götürülmüş kompleks layihələndirmə ideyaları müvəffəqiyyətlə yeridilirdi.

    Memarlıq təhsilinin gələcəkdə beynəlxalq standartlara daha da yaxınlaşması məqsədi ilə kafedra xarici memarlıq məktəbləri ilə professional əlaqələri genişləndirdi. (Təbriz Universtiteti, İstanbul Texniki Unversiteti, Dəməşq Univesiteti və başqaları). “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasının 1994-1998-ci illərdə TEMPUS-TASİS NANTA memarlıq məktəbi və Fransa Brüsel memarlıq institutu (Belçika) ilə əməkdaşlığı onun fəaliyyətinin yeni mərhələsi idi. Bu, 1996- 1997-ci illərdə tələbələrin Fransada Əmək təcrübəsi keçməsinə imkan verdi, kafedranın müəllimləri isə gənc memarların hazırlığının fransız sisteminin müsbət tərəflərini götürməklə, tədris prosesinə bir sıra yeni fənnlər daxil etdi və proqramdan bir neçə köhnəlmiş fənnləri çıxartdı.

   “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasının nailiyyətləri haqqında dolğun təsəvvür yaratmaq üçün tələbələrin - memarlıq məktəbləri məzunlarının ən yaxşı diplom işlərinin Ümumittifaq və Beynəlxalq baxış- konkurslarda uğurlarını göstərmək kifayətdir. 1986- 2000-ci illər ərzində 23 layihə 1-ci dərəcəli, 17 layihə 2-ci dərəcəli, 6 layihə 3-cü dərəcəli diplomlara layiq görülmüşdür. Bundan başqa bu zaman kafedra BMİA (Beynəlxalq Memarlar İttifaqı Assosiasiyası) tərəfindən 5 diploma    layiq görülmüşdür. Hansı ki,               ən yüksək mükafatlardan sayılır.

1999-2000-ci illərdə kafedrada şəhərlərin rekonstruksiyası, regional şəhərsalma əsasları,  şəhərlərin coğrafiyası, kompüter layihələndirilməsi mövzusunda 6 tədris vəsaiti hazırlanmışdır. Təcrübəli müəllim professorlar F.M. Hüseynov, N.H.Nağıyev, T.H.Muradxanova, A.M.Talıbov, dosentlər N.Ə.Əliyev, R.M.Sofiyev, T.T.Teyyubov, baş müəllimlər A.S.Aslanov, Z.A.Şıxlinskaya ilə yanaşı baş müəllimlər R.D. Babayev, T. G. Əliyev, K. Ə. Həsənova-Fərəcova, habelə yeni gəlmiş memarlıq namizədi A. T. Səlimova, dos. Ş.Ş.Qəhrəmanova, N.O. Yusifova,  X.Ə.Cəfərov, N.Ə. Ağayeva, assistentlər Y.S. Kərimli, S.V.Hüseynova, İ.N.Şükürlü, və başqaları fəal şəkildə tədris-pedoqoji prosesinə qoşulmuşlar.

        2000-ci ildə Azərbaycan memarlıq məktəbinin yeni mərhələsi başladı. Azərbaycan inşaat Mühəndisləri İnstitutunun adı dəyişilərək Azərbaycan Memarlıq İnşaat Unversiteti oldu (rektor- memarlıq doktoru, professor G.H. Məmmədova). Hər şeydən əvvəl,  bizim ölkəmizdə və eləcədə, xaricdə memarlıq təhsili geniş məna kəsb etdi. Dərhal bundan sonra tədris prosesində, məşğələlərin təşkilində tələbələrin nizam-intizam və davamiyyətlərində müsbət dəyişikliklər hiss olundu. Kafedra və auditoriyalar beynəlxalq tələblərə uyğun olan yeniliklərlə zənginləşdirildi. “Memarlıq layihələndiriməsi və şəhərsalma” kafedrasının əməkdaşları tərəfindən professor Q.M.Əlizadənin 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans hazırlandı və müfəvvəqiyyətlə keçirildi. Universitetin rektoru prof. G.H.Məmmədova tərəfindən konfransın təntənələri açılışı, Azərbaycan Memarlar İttifaqının Prezidenti İ.İ.Əliyevin, memarlıq fakültəsinin dekanı prof. N.H.Nağıyevin, “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasının müdiri, prof. F.M.Hüseynovun və başqa müəllim və iştirakçıların çıxışları kafedranın yaşadığı 80 il ərzində keçirdiyi şərəfli tarix yolunu yenidən dərketməyə imkan verdi.

   Kafedranın kollektivi gələcəyə böyük ümidlərlə və nikbinliklə baxır. 2000-ci ildə “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasında rektorun təşəbbüsü ilə tədris prosesinin kompüterləşməsi həyata keçirilir və kompüter sinifi yaradılır. “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrası bu gün yenə kifayət qədər hazırlıqlı bir çox müəllimlər: dos. A.T.Səlimova, dos. Ş.Ş.Qəhrəmanova, dos. N.O.Yusufova,  b.m. Y.S.Kərimli, İ.N.Şükürlü və başqaları “AutoCAD”, “ArchiCAD”, “Photoshop”, “CorelDRAW” və başqa proqramları mükəmməl sürətdə yiyələnmiş və uyğun olaraq tələblərə memarlıq layihələndirilməsinə kompüter proqramlarının tətbiq olunması sahəsində yüksək səviyədə məşğələ dərslərini keçirlər. “Memarlıq layihələndirmə və şəhərsalma” kafedrasında 2000-ci ildə kompüter layihələndirilməsi üzrə bir neçə tədris vəsaiti və metodik göstərişlər işlənib hazırlanmışdır.

“Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasının hörmətli müəllimlərindən professor Elbay Ənvər oğlu Qasımzadə Memarların 2012-ci il noyabr ayında keçirilən növbəti Qurultayında Memarlar İttifaqının sədri vəzifəsinə seçilmişdir.

2014-cü ilin oktyabr ayında AMİU-nun Memarlıq fakültəsində diplom layihələrinin Beynəlxalq baxışı keçirilmişdir. Konkursda iştirak etmək üçün müxtəlif ölkələrin 50-dən çox universitetlərindən 200 nəfərdən çox nümayəndə gəlmişdi. Baxışda bakalavr və magistr pilləsi üzrə 600-dən artıq diplom layihələri təqdim olunurdu. “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasının müəllimlərindən N.O.Yusufova, Ş.Ş.Qəhrəmanova, İ.Əliyev, Y.S.Kərimli, V.M.Şükürova və başqaları bu böyük tədbirin təşkil olunmasında və uğurla keçirilmsində fəal iştirak etmişlər. Bununla yanaşı, kafedrada hazırlanan diplom layihələrindən 10-dan çox buraxılış işi layiqli yerləri tutaraq mükafatlandırılmışdır.

Bu faktlar “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrası əməkdaşlarının əməyinin, onların həm kafedra daxilində məhsuldar işini, həm də universitetin ictimai həyatında yaxından iştirakını sübut edir.

XXI əsrin başlanğıcında - “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasında memarlıq-şəhərsalma layihələndirməsinin müasir yeni üsulları mənimsənilir və tədris prosesinə tətbiq edilir. Hal-hazırda, kafedranın professor-müəllim tərkibi Azərbaycan memarlığının və şəhərsalmasının müasir və sürətli inkişafının yeni mərhələsində zamanın tələblərilə ayaqlaşır, böyük səylə tədrisdə və mütəxəssis hazırlığı sahəsində yüksək səviyyəli nəticələr əldə etməyə çalışır və buna nail olurlar.

2000-ci ildə Azərbaycan  memarlıq məktəbinin yeni mərhələsinin təməli kimi qəbul edilir.  Təhsil ocağının adı dəyişilərək Azərbaycan Memarlıq və İnşaat Unversiteti olmuş, memarlıq təhsili ölkəmizdə geniş məna qazanmış, tədris prosesində, məşğələlərin təşkilində tələbələrin nizam-intizam və davamiyyətlərində  yeni dəyişikliyin müsbət təsiri hiss olunmağa  başlanmışdı.

2000/15-ci illərdə kafedranın tədris-metodiki bazasının genişləndirilməsi və yeniləndirilməsi üzrə  fəaliyyət aparılmış və memarlıq layihələndirilməsi, bina və qurğuların tipologiyası, şəhərsalmanın əsasları, şəhər layihələndirilməsi, şəhərlərin rekonstruksiyası, komputer layihələndirilməsi və memarlıq və şəhərsalma layihələndirilməsinin başqa mövzularında, Azərbaycan və rus dillərində  15-dən çox dərslik və dərs vəsaiti, metodik göstərişlər, eləcə də,  fənn proqramları işlənib hazırlanmışdır: Hüseynov E.F.,Yusufova N.O. –Səhərin çoxfunksiyalı kompleksləri., 2007; Həsənova-Fərəcova K.Ə., Ağayeva N.Ə. Hüseynov E.F. – Azmərtəbəli yaşayış evləri, villalar, blok seksiyalar., 2002; QəhrəmanovaŞ.Ş. Şəhər mühitinin yenidən qurulması., 2003.; Səlimova A.T. – Komputer layihələndirilməsi., 2001; Qəhrəmanova Ş.Ş.- Şəhərlərin rekonstruksiyası., 2003;  Muradxanova T.H., Qəhrəmanova Ş.Ş. – Yaşayış rayonlarının planlaşdırılması., 2004.; Hüseynov F.M.,  Ağazadə R.R., Mikayılova M.N. – Şəhərsalma nəzəriyyəsi., 2008.; Ələsgərov E.H., Hüseynov E.F., Hüseynova S.V. – Turizm mərkəzləri., 2011;  Həsənov T.G.,Kərimli Y.S. - Rayon və şəhərlərin planlaşdırılması., 2014; N.Ə.Əliyev, E.F.Hüseynov, N.O.Yusufova, Z.A.Şıxlinskaya, Y.S.Kərimli - Bina və  qurğuların  tipologiyası., 2015 və başqaları.

Hal-hazırda kafedrada təcrübəli müəllim-professsor heyyəti, o cümlədən, tanınmış memarlar çalışırlar, onlardan - professorlar: E.Ə.Qasımzadə, E.H.Ələsgərov, Ş.Ş.Qəhrəmanova, dosentlər: N.O.Yusufova, X.Ə.Cəfərov, A.T.Səlimova, K.Ə.Həsənova-Fərəcova, İ.İ.İbrahimov, N.Vəliyev, baş müəllimlər: Y.S.Kərimli, T.G.Əliyev, İ.O.Əliyev, N.S.Əzizov və başqaları fəal surətdə gənc memarların hazırlığı ilə məşğuldurlar. Kafedra müdiri: UNESKO və  BMT   Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Azərbaycanın əməkdar memarı, professor  E.Ə.Qasımzadə

 

 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]