"Urbanizm" jurnalı

Təsisçi- Azərbaycan Urbanistlər Cəmiyyəti
Bölmələr-  Şəhərlərin dayanaqlı inkişaf
Nəşr ili-2001
Dövriliyi-ildə 1 dəfə
Dillər- İngilis dili

Elektron ünvan:[email protected]

Veb səhifə: https://www.journalurbanizm.org

Jurnalın nömrəsi 1     2   
Məqalələrin son təqdimetmə tarixi 25.09.2022  
Jurnalın nəşr tarixi noyabr 2022  

*Qeyd2022 №1 buraxlışı üçün məqalələrin qəbulu artıq başlanılıb. Məqalələrinizi elektron ünvanına göndərə bilərsiniz.

Jurnalın hədəfləri və məqsədləri

“Urbanizm” elmi-praktiki jurnalı dövri nəşriyyatdır. Jurnalın təsisçiləri və yaradıcıları – Azərbaycan Urbanistlər Cəmiyyəti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, İpək Yolu Ölkələrinin Beynəlxalq Urbanistlər Assosiyası, Azərbaycan Memarlar İttifaqı, Şərq Ölkələri Beynəxalq Memarlıq Akademiyası. Jurnalın redaksiya şurasına Azərbaycanın tanınmış memarları və elm xadimləri daxildir. Jurnalda çap olunmaq üçün məqalələrin seçilməsində əsas meyar – redaksiyaya daxil olan materialların yüksək ixtisas komissiyası və obyektiv ekspertiza tərəfindən müəyyənləşən yüksək elmi səviyyəsi.Dissertasiya və tədqiqatların elmi yeniliyə və praktiki əhəmiyyətə malik olan elmi nəticələri nəşr olunan jurnal aparıcı lisenziyalı elmi jurnalların və nəşriyyatların siyahısına daxildir. “Urbanizm” dövri elmi-praktiki jurnalı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmış Azərbaycan Urbanistlər Cəmiyyətinin nəzdində nəşr edilir. Nəşriyyat Parisdə (Fransa) Beynəlxalq standart Seriya nömrəsi (İSSN 1811-6582), almışdır.

“Urbanizm” jurnalı 2009-cu ildə Saratov şəhərində keçirilən Memarlıq Təhsilinə Yardım Regionlararası ictimai təşkilatın birinci Dərəcəli Diplomuna layiq görülmüşdür. “Urbanizm” jurnalında yarandığı vaxtdan (2001-ci il) etibarən müasir memarlıq və şəhərsalmanın, memarlıq nəzəriyyəsi və tarixinin, landşaft memarlığı və ekologiyanın, dizayn və reklamın aktual məsələlərinə həsr edilmiş 300-dən çox məqalə çap olunmuşdur. Bu müddət ərazində məqalə müəlliflərindən 15 nəfər istedadlı alim sıralarına daxil olaraq elmi dərəcələri və adlarını almışlar. Müəlliflərin arasında dünyanın 30 müxtəlif ölkə və kontinentlərindən, o cümlədən, Hindistan, İran, Türkiyə, Rusiya, Fransa, ABŞ, Kanada, Misir, Əlcəzair, Mərakeş, Madaqaskar, Qazaxıstan, Özbəkistan və başqa ölkələrin nümayəndələri vardır.
 
Jurnalın arxivinə və əlavə məlumatlara göstərilən linkdən keçid edib baxa bilərsiniz: https://www.journalurbanizm.org/

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.