AzMİU-nun tələbə və məzunlarının nəzərinə: “CV-nin hazırlanması qaydaları” – VİDEOTƏLİMAT

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və Karyera Mərkəzi tərəfindən “Karyera məsləhəti” xidməti çərçivəsində tələbə və məzunlar üçün videotəlimat hazırlanıb. 

Videotəlimat mərkəzin karyera məsələlərinin icraçısı, böyük mütəxəssis Leyla Rəhimovanın “CV-nin hazırlanması qaydaları” üzrə geniş izahlı təqdimatı əsasında hazırlanıb. 

Qeyd edək ki, videotəqdimatdakı məlumatlar universitetin tələbə və məzunlarına karyera və məşğulluq üzrə zəruri olan biliklər qazandırmaqla onların iş həyatına dəstək olmaq məqsədi daşıyır.  

Videotəlimata baxmaq üçün linkə keçid edə bilərsiniz: https://azmiu.edu.az/az/pages/429
 

11-10-2023