AzMİU-nun elektron kitabxanasındakı kitab sayı 10 minə çatdırılıb [15.12.2022]

Son 1 ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elektron kitabxanasına 1000 ədəd yeni kitab yüklənib. Bununla da AzMİU elektron kitabxanasındakı kitabların sayı 10 minə çatdırılıb. 
Elektron kitabxanadakı kitablar əsasən 3 dildə - Azərbaycan, Rus və İngilis dilərindədir. Belə ki, kitablardan 4382 ədədi Azərbaycan, 2914 ədədi rus, 2302 ədədi isə İngilis dilindədir. Kitablardan təxminən 200 ədədi isə başqa dillərdədir. 
AzMİU-da həyata keçirilən rəqəmsallşma prosesi çərçivəsində kitabxananın elektron kataloqundakı materialların sayı da artırılaraq 37233 ədədə çatdırılıb. Elektron katoloqdakı materialların 33399-nu kitablar, 2751-ni magistr dissertasiyaları, 766-nı avtoreferatlar, 317-ni isə alimlik dissertasiyaları təşkil edir. 
Elektron katoloqun genişləndirilməsi AzMİU-nun kitabxanalarına müraciət edən oxucuların lazım olan kitabı sürətli şəkildə əldə etməsinə imkan yaradır. Katoloqlarda kitabların və müəlliflərinin adı, eləcə də bu kimi zəruri məlumatlar yer alır. Kitablardan əlavə, digər materiallarla bağlı zəruri məlumatlar da elektron katoloqlarda yerləşdirilib. 
Qeyd edək ki, AzMİU-nun elektron kitabxanası 2012-ci ildə ildə qurulub və daimi yenilənmə əsasında elektron kitabxana və katoloqdakı materialların sayı mütəmadi olaraq artırılır.
 

 

15-12-2022