Debatçılarımız respublika birincisi oldular [09.12.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) debatçıları Respublika Gənclər Debat Forumu (RGDF) tərəfindən keçirilən “RGDF-2022”nin qalibi olublar. 
Forumun Tovuzda təşkil olunan final və bağlanış oyununda AzMİU-nu “Hələ də Ehtimal var” komandası təmsil edib. Komandanın sipikerləri Nuray Sadıqova, Vüqar Məmmədov və Məhəmməd Mehdiyeva, məşqçisi isə Nofəl Məmmədov olub. 
Qeyd edək ki, AzMİU tələbəsi Nofəl Məmmədov forumun ən yaxşı məşqçisi seçilib.
Məlumat üçün bildirək ki, "Erkən nikahların qarşısının alınmasında ailə əsas faktordur" mövzusunda keçirilən forum çərçivəsində bir neçə qarşılaşma olub. 52 komandanın mübarizə apardığı forumda AzMİU 5 komanda ilə təmsil olunub: “The Beatles”, “NKvD”, “Amphibian”, “Doğruya doğru” və “Hələ də Ehtimal var”. 
LİNKƏ daxil olaraq AzMİU debat klublarının foruma hazırlığını qarşılaşmalarını izləyə bilərsiniz.
 

 

09-12-2022