Əməkdaşlarımız WORK4CE layihəsinin  növbəti görüşündə iştirak edirlər

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları Almaniyanın Dortmund şəhərində Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən WORK4CE layihəsinin  növbəti görüşündə iştirak edirlər. 15 - 19 noyabr tarixlərində keçiriləcək görüşlərdə AzMİU-nu Beynəlxalq proqramlara dəstək sektorunun müdiri, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müəllimi İsa Muradov, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi, THİK-in sədr müavini Şahmar Rəfili, Təcrübə və karyera mərkəzinin müdiri, İqtisadi nəzəriyyə və marketinq kafedrasının baş müəllimi Xanlar Qəniyev təmsil edir. Görüşdə iştirakçılar çıxış  edir, görülən işlər barədə məlumatlar verir və təlimlərdə iştirak edirlər.
         Məlumat üçün qeyd edək ki, Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən WORK4CE- “XXI əsrdə sağlam və təhlükəsiz iş mühiti üçün domenlərarası kompetensiyalar” layihəsinə AzMİU 2020-ci ildən qoşulub və layihə 2023-cü ilə qədər davam edəcək. Layihənin tərəfdaşları Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycandır. Layihənin məqsədi mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transormasiyanın idarə olunması üçün yeni iş ilə əlaqəli imkanları inkişaf etdirməkdir. Bu yanaşma tərəfdaş ölkələrdəki universitet və sənaye arasındakı boşluğun aradan qaldırılmasını nəzərdə tutur.
 

22-11-2021