Rektor British Council şirkətinin rəhbəri ilə görüşüb


         Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova British Council şirkətinin Azərbaycan üzrə nümayəndəsi Samr Şahla görüşüb. Qonağı səmimi qarşılayan rektor onu universitetdə görməkdən məmnun olduğunu vurğulayıb. Eyni zamanda rektor cənab Samr Şahın iş müddətinin bitdiyi üçün Azərbaycandan gedəcəyi xəbərindən təsirləndiyini gizlətməyib. O, bu illər ərzində sözügedən şirkətlə AzMİU arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini, birgə uğurlu layihələr həyata keçirildiyini xatırladıb. G. Məmmədova Creative Spark layihəsi çərçivəsində gerçəkləşən layihələrdən, Böyük Britaniyanın Lester Universitetinin müəllimlərimiz üçün təşkil etdiyi dil kurslarlndan, RİBA təşkilatının universitetin Memarlıq fakültəsini akkreditasiyasından söz açıb. 
        Samr Şah da öz növbəsində səmimi qəbul üçün rektora təşəkkür edib, Azərbaycanda çalışdığı illərdə AzMİU ilə uğurlu əməkdaşlıqdan, xanım rektorla səmimi görüşlərdən danışıb. O, mövcud əlaqələrin, səmərəli əməkdaşlığın növbəti illərdə də  uğurla  davam etdiriləcəyinə inandığını deyib, rektora və onun komandasına uğurlar arzulayıb. 
       Səmimi şəraitdə keçən görüşdə şirkətin bundan sonra da universitetlə əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparııb.

20-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]