AzMİU-nun əməkdaşı QS reytinq sisteminə aid konfransda iştirak edib

          Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Strateji planlaşdırma şöbəsinin əməkdaşı Nigar Əbilova dünyanın nüfuzlu reytinq sistemi olan QS (Quacquarelli Symonds) tərəfindən təşkil olunan virtual konfransda iştirak edib.  “2020 Reimagine Education Virtual Conference”  adlanan qlobal konfransda xarici ekspertlər tərəfindən ali təhsilin inkişafı, ən yaxşı təcrübələr, əlaqələr və bilik mövzusunda fikirlər müzakirə edilib. 

          Konfrans yüksək səviyyəli qurumların akademik müəllimlərini, universitet rəhbərliyini, müəllimləri, startupçıları, tədris və öyrənmənin gələcəyi ilə bağlı digər maraqlanan tərəfləri bir araya gətirib. 

          Konfransda müzakirə edilən məsələlərdə yüksək fəallıq göstərən iştirakçılar sertifikatla təltif edilib. 

 

 

 

 

 

 

 

 

19-02-2021