AzMİU-nun professoru Milan Politexnik Universitetinin tələbələri ilə birgə onlayn vorkşop keçirib


          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, professor Səbinə Hacıyeva Milan Politexnik Universitetinin Erasmus Ka 107 "Sərhəddləri olmayan irs" layihəsi çərçivəsində təşkil etdiyi 2-ci beynəlxalq onlayn seminarda iştirak edib. AzMİU-nun professoru Milan Politexnik Universitetinin tələbələri ilə memarlıq abidələrinin qorunmasına dair birgə vorkşop hazırlayıb və onlara  “Azərbaycanın şimal-qərb bölgəsinin memarlıq irsi” mövzusunda mühazirə oxuyub. Onu da qeyd edək ki, tələbələrin birgə işlədiyi layihələrdən biri də Azərbaycanın Şimal-Qərb bölgəsində, Qax rayonunda yerləşən Yeddi kilsə monastr kompleksi olub.   

          Milan Politexnik Universitetinin professoru Nora Lombardini və doktorant Elena Fioretto tərəfindən təşkil edilən seminarın məqsədi Serbiya, Azərbaycan və Gürcüstan kimi Şərqin müxtəlif strateji ölkələrinin mədəni, o cümlədən memarlıq irsinin qorunması məsələlərinə diqqət yetirməkdir. Tədbirin  mayda Milanda  keçirilməsi planlaşdırılsa da, COVİD 19 pandemiyası ilə əlaqədar  təxirə salınıb onlayn keçirilməsi məqsədəuyğun hesab edilib.

          Tədbirdə AzMİU ilə yanaşı, Gürcüstan Texniki Universiteti, Serbiyanın Novi Sad Universiteti və Yaponiyanın Tokio İncəsənət Universitetinin nümayəndələri də iştirak edib. 

          2nd international workshop (pdf)

 

23-05-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]