İnşaat-texnologiya fakültəsi



Fakültə haqqında

Fakültənin əsası 1976-cı ildə qoyulmuşdur. Fakültədə tikinti materialları və məmulatları  istehsal sənayesi, o cümlədən sement, gips, əhəng, quru qarışıqlar, beton qarışığı, beton və dəmir – beton məmulatları, kərpic və keramik  məmulatlar, doldurucu (qum, çınqıl, qırmadaş) və s. məhsullar istehsal  edən sənaye müəssisələrində calışan mühəndislər, tikintidə geniş tətbiq olunan müxtəlif təyinatlı materialların keyfiyyətini, uzunömürlülüyünün, yaxşılaşdırılması yollarını öyrənilməsi, materiallar mühəndisi,  həmçinin  inşaat komplekslərində və texnoloji proseslərin icrasında əməyin mühafizəsinin,  həyat fəaliyyətinin təhlükəsizliyinin    təminatı ilə məşğul olan mütəxəssis hazırlığını həyata   keçirilir.

Fakültədə təhsil 

Fakültəyə daxil olmaq istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Fakültədə təhsil azərbaycan və ingilis dillərində aparılır. Fakültə üzrə ixtisaslara qəbul Dövlət sifarişli (DS) və Ödənişli əsaslarla aparılır. Fakültədə aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı yerinə yetirilir:

Bakalavr səviyyəsi üzrə ixtisaslar:

050614  Həyat fəaliyyətinin  təhlükəsizliyi mühəndisliyi

050623  Materiallar mühəndisliyi

050638  Sənaye mühəndisliyi

 

 

 

 

 

 

 

Tədrisin təşkili

Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və universitetin müvafiq qərar və əmrləri əsasında aparılır. Tələbələr hər semestr dərs başlamazdan əvvəl fərdi tədris planlarını dekanlıqda təsdiq edir, onlara özünə nəzarət qrafikləri və kredit təhsil sisteminə aid əsasnamələr təqdim olunur. 

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir:

dərsə davamiyyətə görə  - 10 bal

sərbəst işə görə - 10 bal

məşğələ, seminar və ya laboratotiya dərslərinin nəticələrinə görə - 30 bal

Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğələ (seminar) və laboratoriya dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması və müdafiəsinə görə 10 bal verilir. 

Tələbənin imtahanda topladığı bal, 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır. 

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı

- "qeyri-kafi"  (F)

51-60 bal

- "qənaətbəxş"  (E)

61-70 bal

- "kafi" (D)

71-80 bal

- "yaxşı" (C)

81-90 bal

- "çox yaxşı" (B)

91-100 bal

"əla" (A)

4-cü kurs tələbələri, sonuncu (VIII) semestrdə müvafiq ixtisaslara aid müəssisə və qurumlarda təyin edilmiş təcrübə rəhbərinin nəzarəti ilə 14 həftəlik Texnoloji İstehsalat təcrübəsi keçir və sonda 100 ballıq sistem üzrə universitetdə yaradılmış komissiya tərəfindən qiymətləndirilir.

Tələbələr Yekun attestasiya üzrə Dövlət imtahanını verərək və ya buraxılış işini müdafiə edərək universiteti bitirmiş hesab edilir. 

Müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr təhsil aldığı müddətdə hər hansı fənn üzrə semestr imtahanını müvəffəqiyyətlə vermədiyi halda, akademik borc yaranır. Akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında müvafiq semestr üzrə fərdi və alt qruplar üzrə dərslərdə iştirak edir və semestrin sonunda imtahan təşkil edilir. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 3.2.14 bəndinə əsasən akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında uyğun semestr üzrə müvafiq fənnin kreditinin 25 % ödənişilə təkrar imtahan verərək akademik borcunu ləğv etməsi imkanı mövcuddur.

Təhsil haqları

Ödənişli əsaslarla qəbul olunan tələbələr üçün illik təhsil haqqı bütün ixtisaslar üzrə 2000 AZN təşkil edir. Təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi prosesi tədris olunan fənlərdən asılı olaraq semestrin (payız və yaz) sonunda test və yazılı imtahan üsulu ilə keçirilir. Qaydalara uyğun olaraq semestrin nəticəsi üzrə dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı qədər təqaüd yerləri ayrılır və ödənişli əsaslarla təhsil alan tələbələr də müsabiqədə iştirak edir və onlara imtahan nəticələrinə əsasən əlaçı (130 AZN), zərbəçi (110 AZN) və adi (75 AZN) təqaüdlər verilir.

Beynəlxalq əlaqələr

İnşaat texnologiya fakültəsi nəzdində fəaliyyət göstərən kafedraların Böyük Britaniyanın Coventry Universiteti,Türkiyənin İstanbul Texniki Universiteti, Sakarya Universiteti, Kimya kafedrası D.İ.Mendeleyev adına “Rusiya Kimya-Texnologiya Universiteti”, Rusiya “Altay Dövlət Politexniki Universiteti”, “Kiyev Dövlət İnşaat və Memarlıq Universiteti”, “Xarkov Dövlət Memarlıq və İnşaat Universiteti”, “Odessa İnşaat və Memarlıq Universiteti”, “Gazi Universiteti”,  “Ümumrusiya Mülki Mühafizə İnstitutu”, “Rusiya Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Dövlət Akademiyası”, “Moskva Dövlət İdarəetmə Akademiyası”, “Moskva Dövlət Aviasiya İnstitutu”, “Rusiya Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutu”, “Gürcüstan Respublikası Elmlər Akademiyasının Geologiya İnstitutu”, “Avropa irimiqyaslı qəzalar üzrə mərkəz”, “BMT-nin Mərkəzi Asiya və Qafqazda fəlakətlərin təhlükələrinin azaldılmasının Beynəlxalq strategiyası katibliyi”, "Oksfam" Humanitar Təşkilatı İngiltərə, NATO-nun xəttilə “Sülh naminə Beynəlxalq Əməkdaşlıq Təşkilatı” və s. ilə sıx əlaqələri vardır.

Fakültədəki ixtisaslar üzrə ixtisaslaşan tələbələr Akkord STİK ASC,  Norm MMC, “Gilan Beton” MMC, “Sika” Group, “Basf Caspian Yapı Kimyasallar Sənaye” MMC, “Mətanət A” şirkəti, Garant İnşaat Sənaye, Holcim (Azərbaycan) ASC, AS İnşaat MMC, "Expert Beton" MMC müəssisələrində,  FHN – nin müxtəlif  qurumlarında, Ekologiya və təbii sərvətlər, Əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin obyektlərində və s. bu kimi müəssisələrdə çalışmaq imkanı əldə edirlər. 

Karyera imkanları

İnşaat-texnologiya fakültəsini müvəffəqiyyətlə bitirən mütəxəssislər  Respublikada fəaliyyət göstərən qabaqcıl inşaat materialları və məmulatları istehsalı sənayesi müəssisələrində Akkord STİK ASC,  Norm MMC, “Gilan Beton” MMC, “Sika” Group, “Basf Caspian Yapı Kimyasallar Sənaye” MMC, “Mətanət A” şirkəti, Garant İnşaat Sənaye, Holcim (Azərbaycan) ASC, AS İnşaat MMC, "Expert Beton" MMC müəssisələrində,  FHN – nin müxtəlif  qurumlarında, Ekologiya və təbii sərvətlər, Əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin obyektlərində təcrübə keçir və uğurla çalışırlar.

Tədqiqat sahələri 

Fakültədə “Təhlükəli tullantıların yaratdığı föqəladə hallar və onların idarə olunmasının təkmilləşdirilməsi" ,"Məişət tullantılarının yandırılmasından alınan küllərin  inşaat materiallarının hazırlanmasında   tətbiqi"  və “Karbohidrogenlərin funksional törəmələrinin sintezi və tədqiqi”   istiqamətlərində elmi-tədqiqat işləri yerinə yetirilir.

Tədris olunan  fənlər:  “Fövqəladə halların idarə olunmasının təşkili”, “Fövqəladə halların monitorinqi və proqnozu”, “Texnoloji proseslərin təhlükəsizliyi”, “Qəza-xilasetmə texnikası” “Həyat fəaliyyətinin təhlükəsizliyi”, “Yanğın təhlükəsizliyi”,İnşaat materialları və məmulatları”, “Materialşünaslıq” “Quru inşaat qarışıqları texnologiyası”, “Kompozisiya materialları texnologiyası”, “Yapışdırıcı materiallar texnologiyası”, “Məsaməli materiallar texnologiyası”, “Nanotexnologiya”, “Beton doldurucuların texnologiyası”, “Betonşünaslıq”, “Beton və dəmir-beton məmulatları və konstruksiyalarının texnologiyası”, “Divar, bəzək və izolyasiya materiallarının texnologiyası”, və s.

İnşaat - texnologiya fakültəsində tədris olunan fənlər üzrə aşağıdakı dərslik və dərs vəsaitləri çap olunmuşdur:

  1. Şirinzadə İ.N., "Materialşünaslıq"dərslik , Bakı 2018, s.314

  2. Sərdarov B.S., Həsənzadə Ə.B., Haqverdiyeva T.A., Əkbərova S.M."Betonşünaslıq" dərslik , Bakı 2017, s.461.

  3. Sərdarov B.S., Abbasova S.İ., Quvalov A.A., Qurbanova R.A. “Keramika materiallarının texnologiyası”, dərs vəsaiti, Bakı 2007, s.146.

  4. Sərdarov B.S., Haqverdiyeva T.A. “Beton doldurucularının texnologiyası”, dərslik, Bakı, 2008, s. 204.

  5. Sərdarov B.S., Haqverdiyeva T.A, X.B.Camalova, M.E.Ağazadə  Beton doldurucularının texnologiyası”, metodik göstəriş, bakı, 2017, s.55

  6. Ocaqov H.O., Danyalov D.Ş. “Həyat fəaliyyətinin təhlükəsizliyinin nəzəri əsasları”, dərs vəsaiti, Bakı 2008, s.140.

  7. Sərdarov B.S., Haqverdiyeva T.A., Xəlilov Y.X. “Divar, bəzək və izolyasiya materiallarının texnologiyası”, dərslik, Bakı, 2007, s.356.

  8.  Ocaqov H.O. “Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi”, dərslik, Bakı 2010, s.398.

  9. Ağabəyli N.M. “İnşaat materialları və məmulatları”, dərslik, Bakı, 2011, s.544.

  10. Haqverdiyeva T.A, R.A.Qurbanova, V.U.Şahmarov, M.Z.Əzimi, X.B.Camalova, Betonşünüslıq”, metodik göstəriş, Bakı, 2017, s.70

  11. Sərdarov B. S., Qurbanova R. A., Əkbərova S. m. “Xüsusi dəmir-beton müəssisələrinin layihələndirilməsi”, dərslik, Bakı 2011.

  12. Sərdarov B. S., Quvalov A. A., Abbasova S. İ. “Polimer inşaat materialları və məmulatları”,  dərs vəsaiti, Bakı 2011.

  13. Ocaqov H.O. “Fövqəladə halların idarə olunması”, dərslik, Bakı 2011, s.232.

  14. Ocaqov H.O. “The Management of emergency situations”, dərslik, Bakı 2011, s.210.

  15. Sərdarov B.S., Ə.B.Həsənzadə, T.A.Haqverdiyeva “Beton və dəmir-beton müəssisələrinin layihələndirilməsi”, dərslik, Bakı, 2012, s.388.


Fakültədə   4 professor, 11 dosent, 7 baş müəllim və 3 asistent olmaqla 25  professor-müəllim kollektivi vardır.
Dekan - Haqverdiyeva Tahirə Axi qızı      
 
Fakültənin tərkibində 2 kafedra fəaliyyət göstərir:

  • Materialşünaslıq kafedrası

  • Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası  

Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi, 11, II tədris binası, otaq № 1106
Tel : (+994 12) 538 30 91
Rəsmi Facebook səhifəsi : www.facebook.com
E-mail: [email protected]

 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]