MİT fakültəsinin tələbələri CulTech Hakatonunun qalibləri sırasında yer alıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “World Connect” komandası CulTech Hakatonunda II yerə layiq görülüb.
CulTech Hakatonu müxtəlif sahələrdə mövcud problemlərə innovativ həll yolları tapmaq məqsədilə təşkil olunub. Bu nüfuzlu tədbirdə universitetimiz MİT fakültəsinin tələbələrindən ibarət “World Connect” komandası ilə təmsil olunub.
Komanda üzvləri – Nuray Abdullazadə, Cavad Əliyev və Rəhman Rəhmanov təqdim etdikləri unikal layihə ilə münsiflərin diqqətini cəlb etməyi bacarıb. 48 saat ərzində komandamız mentorların dəstəyi ilə layihələrini prototip səviyyəsinə çatdırıblar. Bu müddət ərzində onların nümayiş etdirdikləri əzmkarlıq və yenilikçi fikirlər hakatonun ən uğurlu iştirakçıları sırasında yer almalarını təmin edib.
Hakatonun yekununda münsiflər heyəti qalibləri müəyyən edib. Nəticələrə əsasən, AzMİU-nun “World Connect” komandası II yerə layiq görülüb. I yerə “Detrimental Team” komandası, III yerə “Walceselry” komandası çıxıb.