TEC sədri Günel İmamquliyeva “İKT-də İlin Qadını” nominasiyasının qalibi olub


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkil etdiyi “IDDA Awards 2024” müsabiqəsinin qalibləri elan edilib. Ümumilikdə 11 nominasiya üzrə keçirilən müsabiqədə müxtəlif sahələrdə üstün nailiyyətləri ilə fərqlənən şəxslər mükafatlandırılıb.

Mükafatçılar arasında Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMiU) Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Günel İmamquliyeva da olub. “İKT-də İlin Qadını” nominasiyasının qalibi olan əməkdaşımız bu mükafatı informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətə görə layiq görülüb.

Xatırladaq ki, “IDDA Awards” müsabiqəsi 2022-ci ildən etibarən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təsis edilmiş və innovasiya sahəsində fərqlənən şəxsləri mükafatlandırmaq məqsədi daşıyır. Müsabiqənin əsas məqsədi ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq, onların fəaliyyətinə dəstək olmaq və ölkənin innovasiya potensialının inkişafına töhfə verməkdir
 

19-12-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]