AzMiU müəllimlərinin yazdığı kitab Türkiyə Universitetlərində tədris vasitəsi kimi istifadə olunacaq


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının əməkdaşları – professor Məhəbbət Məmmədov, Ələsgər Əliyev, Fidan Məmmədova və Şəhla Əlizadə Türkiyənin Egey Universitetinin əməkdaşı Təkməz Kul ilə birgə “Yönetim Biliminin Əsasları” adlı dərslik hazırlayıb.

450 səhifədən ibarət olan bu dərslik İzmir Eğitim Yayınevi tərəfindən nəşr edilib. 

Dərslik, nəzəri biliklərlə yanaşı, idarəetmə sahəsində müasir yanaşma və praktik nümunələri də əhatə edir. Burada, xüsusilə idarəetmədə qərarvermə prosesləri, strateji planlaşdırma, liderlik və təşkilat davranışları kimi mövzular geniş şəkildə işıqlandırılıb. Kitabın sadə və anlaşılan dildə yazılması, tələbələrin bu mürəkkəb sahəni rahatlıqla mənimsəməsini təmin edir.

Bu nəşr həm də Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlığın uğurlu nümunəsi olaraq iki ölkə arasında akademik əlaqələrin möhkəmlənməsinə töhfə verir. Dərslik təkcə tələbələr üçün deyil həm də idarəetmə sahəsində çalışan mütəxəssislər üçün dəyərli bir mənbə kimi qiymətləndirilir.
 

12-12-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]