İnşaat fakültəsində Ulu Öndərin əziz xatirəsi anılıb


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Dövlət Himninin səsləndirilib, Ulu Öndər və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fakültə dekanı Sahib Fərzəliyev çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini xatırladıb. Dekan qeyd edib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi strateji yol Azərbaycanın hərtərəfli inkişafını təmin edib: “Bugünkü müstəqil, güclü Azərbaycan Heydər Əliyevin uzaqgörən siyasətinin və xalqa olan sonsuz sevgisinin bəhrəsidir. Onun təməlini qoyduğu siyasət milli dəyərlərimizin qorunması, gənclərin təhsilinə və inkişafına göstərilən xüsusi diqqətlə müşayiət olunub.”

Digər çıxış edənlər də Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs edərək, onun Azərbaycanın inkişafındakı əvəzsiz rolunu vurğulayıblar. Ulu Öndərin təkcə müstəqilliyin qorunub saxlanılmasında deyil, həm də xalqın milli-mənəvi dəyərlərinin zənginləşdirilməsində müstəsna xidmətlər göstərdiyini bildiriblər.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videorolik nümayiş etdirilib. Videorolikdə Ulu Öndərin keçdiyi zəngin və şərəfli ömür yolu, Azərbaycanın inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətlər əks olunub.  

Tədbir səmimi və nostalji atmosferdə davam edib. Ulu Öndərin ifasında “Küçələrə su səpmişəm” mahnısı səsləndirilib. Mahnının yaratdığı duyğusal anlar tədbir iştirakçılarında dərin təəssürat oyadıb. Daha sonra həmin mahnı və unudulmaz ifa, eləcə də dahi liderə həsr olunan digər musiqilər fakültənin özfəaliyyət klubunun tələbələri tərəfindən səsləndirilib.

 

10-12-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]