II və III kurs tələbələrinin nəzərinə!
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bakalavriat səviyyəsinin II və III kurs tələbələri üçün Haliç Universitetində Erasmus mübadilə proqramında iştirak etmək üçün müraciət prosesinə start verilib.
Bu proqram tələbələrə təhsil və mədəniyyət mühitində yeni bilik və bacarıqlar qazanaraq fərqli təcrübələr əldə etmək imkanı yaradır.
Proqrama müraciət üçün tələblər:
• II və III kurs bakalavr tələbəsi olmaq;
• Orta Müvəffəqiyyət Göstəricisi (GPA) minimum 2.50 (4.00 bal sistemi üzrə);
• İngilis dilində B2 səviyyəsində bilik (TOEFL IBT, Pearson sertifikatları və ya AzMİU-da keçirilən dil imtahanı ilə sübut olunmalıdır);
• Bir semestr üçün minimum 30 ECTS tədris yükü.
Proqram haqqında məlumat:
Mübadilə proqramı 2024/2025-ci tədris ilinin yaz semestrində 15 fevral 2025 tarixindən 15 iyul 2025 tarixinədək davam edəcək.
Niyə Haliç Universiteti?
Tələbələr Haliç Universitetində aşağıdakı ixtisaslar üzrə təhsil almaq imkanı əldə edirlər:
• Mühəndislik Fakültəsi: Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Mexanika mühəndisliyi və s.
• Biznes Fakültəsi: Biznesin idarə edilməsi, Beynəlxalq ticarət və idarəetmə sistemləri və digər sahələr.
Ətraflı məlumat üçün Xarici Əlaqələr Şöbəsinə (414-cü otaq) və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.