AzMİU TGT tələbələri “Parallel worlds” sərgisində iştirak edib
Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Gənclər Təşkilatı (TGT) “Parallel worlds” sərgisində iştirak edib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) TGT tərəfindən CreArt Mədəniyyət Klubları şəbəkəsinin təşəbbüsü ilə 8 Dekabr – Beynəlxalq Rəssamlar Gününə həsr olunmuş “Parallel worlds” adlı sərgiyə ekskursiya təşkil edilib.
Ekskursiya zamanı tələbələr Gazelli Art House-da təşkil olunan sərgidə nümayiş etdirilən əsərlərlə tanış olub, müxtəlif incəsənət nümunələri üzərində müasir və klassik sənət üslublarının sintezini müşahidə ediblər. Sərgidə təqdim olunan əsərlər tələbələrə incəsənətin fəlsəfi və estetik aspektlərini daha dərindən anlamaq imkanı yaradıb.
Qeyd edək ki, bu təşəbbüs gənclərin bədii zövqünün formalaşması, yaradıcılıq potensialının inkişaf etdirilməsi və mədəni irsə marağın artırılması baxımından xüsusi əhəmiyyət kəsb edib.