Materialşünaslıq kafedrasında elmi seminar: Beton istehsalında istifadə olunan modifikatorlar, onların tərkibləri və təsir mexanizmləri müzakirə olunub
Beton modifikatorlarının tətbiqi müzakirə olunub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Materialşünaslıq kafedrasında elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Elmi seminarda kafedranın professoru Abbas Quvalovun “Beton modifikatorları” mövzusunda məruzəsi dinlənilib. Abbas Quvalov seminar zamanı beton istehsalında istifadə olunan modifikatorlar, onların tərkibləri və təsir mexanizmləri ilə bağlı geniş məlumat təqdim olunub. Professor bu modifikatorların betonun keyfiyyətini artırmaqda və istehsalat proseslərini optimallaşdırmaqda oynadığı mühüm rolu vurğulayıb.
Türkiyədəki təcrübə mübadiləsindən təəssüratlar bölüşülüb
Seminar çərçivəsində Abbas Quvalov noyabrın 6-dan 15-dək Türkiyənin Qazi Universitetində keçirdiyi təcrübə mübadiləsi haqqında məlumat verib. O, universitetdəki tədris prosesi, inşaat materialları laboratoriyalarında aparılan tədqiqat işləri və orada əldə olunan müasir elmi yanaşmalar barədə seminar iştirakçılarını məlumatlandırıb.
Tədqim olunan mövzu ətrafında müzakirə
Seminar iştirakçıları mövzu ətrafında geniş müzakirələr aparıb, professorun təqdimatını yüksək qiymətləndirib və belə seminarların davamlı olmasını arzulayıblar.