AzMİU-da EBSCO elmmetrik məlumat bazası üzrə seminar keçirildi
2024-cü il 3 dekabr tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) I korpusunun akt zalında müəllim və tələbələrin iştirakı ilə EBSCO elmi məlumat bazasına dair seminar keçirildi. Tədbir dünyanın ən nüfuzlu elmi məlumat bazalarından biri olan EBSCO-nun geniş imkanlarının təqdim olunmasına və ondan effektiv istifadənin yollarının izahına həsr edilmişdi.
Seminarda EBSCO-nun nümayəndələri Aleksandr Rıtov, İrina Sercan və Kulajenko Vladimir Gennadieviç geniş təqdimatlarla çıxış etdilər. Onlar məlumat bazasının üstünlükləri, elmi tədqiqatlar üçün dəyərli resurslar və onun səmərəli istifadəsinə dair tövsiyələr verdilər. Tədbir iştirakçıları mütəxəssislərə birbaşa suallar ünvanlayaraq bazanın imkanları haqqında daha ətraflı məlumat almaq imkanı əldə etdilər.
Bundan əlavə, tədbirdə Belarus Dövlət Universitetinin Fundamental Kitabxanasının direktoru və Belarus Kitabxanalar Assosiasiyası Şurasının sədri Yevgeniya Viktorovna Qrabko və Beynəlxalq Münasibətlər fakültəsinin xidmət şöbəsinin müdiri də iştirak edərək təcrübələrini paylaşdılar və iştirakçılarla fikir mübadiləsi apardılar.
Xatırladaq ki, EBSCO məlumat bazası 25 yanvar 2025-ci il tarixinədək AzMİU-nun bütün istifadəçiləri üçün açıqdır. Məlumat bazasına daxil olmaq və ondan faydalanmaq üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:
https://research.ebsco.com/c/qeejk5/search