Universitetimizdə Təmiz Şəhər Konteksində Növbəti Addım: Tullantıların İdarə Edilməsi və Davamlı Şəhərsalma


Gələcəyin Mühəndisləri ilə Görüş

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Strateji Planlaşdırma Şöbəsinin təşəbbüsü ilə universitetin Təmiz Şəhər Mərkəzində növbəti maarifləndirici seminar keçirilib. Təmiz Şəhər ASC-nin nümayəndəsi Səyyaf Rüstəmli ilə Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri fakültəsinin tələbələrinin görüşü böyük maraqla qarşılanıb. Tədbir, tullantıların idarə olunması və zərərsizləşdirilməsi sahəsində yeniliklərin öyrənilməsi ilə yanaşı, gənclərin ekoloji məsələlərə olan baxışlarını zənginləşdirməyi hədəfləyirdi.

Bakı Tullantıların Emalı Zavodu: Regionda Lider

Seminar zamanı Səyyaf Rüstəmli Bakı şəhərində illik 750-800 min ton tullantının idarə edilməsinin beynəlxalq standartlara uyğun həyata keçirildiyini vurğulayıb. Xüsusi olaraq Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun fəaliyyəti və tullantıların emalı üzrə Şərqi Avropa və MDB məkanında ən iri müəssisələrdən biri olan Bakı Bərk Tullantılar Zavodunun istehsal gücü barədə ətraflı məlumat verib.

COP29 və AzMİU: Dayanıqlı Şəhərsalmaya Dəstək

Seminarın əsas məqsədlərindən biri, COP29 çərçivəsində müzakirə olunan "Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar" mövzusu ilə birbaşa əlaqəli olaraq, tələbələrin nəzəri biliklərini praktik təcrübə ilə gücləndirməkdir. AzMİU-da keçirilən bu kimi tədbirlər, tələbələrin müasir ekoloji və şəhərsalma trendlərini dərindən anlamalarına, eyni zamanda gələcəkdə daha məsuliyyətli mühəndis və memar kimi yetişmələrinə töhfə verir.

AzMİU: Ekoloji Maarifləndirmədə Lokomativ

Bu seminar AzMİU-nun davamlı inkişaf və ekoloji məsələlərin həllində öncül mövqedə olduğunu bir daha təsdiqlədi. COP29-un ruhuna uyğun olaraq, universitetdə keçirilən bu tədbirlər, tələbələrin dünya miqyasında aktual ekoloji problemlərin həllində fəal iştirakını təmin etmək məqsədini güdür.

#AzMİU #TəmizŞəhər #COP29 #DavamlıŞəhərsalma

02-12-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]