Strateji planlaşdırma şöbəsinin əməkdaşı COP29 çərçivəsində keçirilən panel müzakirədə çıxış edib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsinin mütəxəssisi Nigar Abdullayeva COP29 çərçivəsində keçirilən qapalı panel müzakirəsində çıxış edib.

Əməkdaşımız “4+4” formatında təşkil olunan elmi-işgüzar görüşdə “Elm, təhsil və texnologiya vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda çıxış edib. O, çıxışı zamanı ali təhsil müəssisələrinin dayanıqlı gələcəyin qurulmasında oynadığı rol və qarşısında duran əsas vəzifələrə diqqət çəkərək, gələcək nəsillərin yetişdirilməsində universitetlərin məsuliyyətini və təhsil sistemində dəyişikliklərin əhəmiyyətini vurğulayıb.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçılarla birgə aktual məsələlər müzakirə edilib.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Şəhriyar Quliyevin moderatorluğu ilə keçirilən qapalı panel müzakirəsində əməkdaşımızla yanaşı,"Enterprise Azerbaijan"ın direktoru Mətanət Musayeva, Naxçıvan Dövlət Universitetinin rektor köməkçisi Hüseyn Rəsulzadə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşı İbrahim Nəsibov, Azərbaycan Universitetinin kafedra müdiri Rəşad Məstəliyev çıxış ediblər.

 

26-11-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]