AzMİU-nun son illərdə yaradılan innovasiya layihələri COP29 panelində diqqət çəkib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Universitetlərdə innovativ mühitin rolu və yaşıl texnologiyalar” adlı panel iclasda təmsil olunub.
Panel iclas akademik sahədə yaşıl texnologiyaların genişləndirilməsi məqsədilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən “Elm, Texnologiya və İnnovasiya/ Rəqəmsallaşma Günü”ndə təşkil edilib.
Paneldə çıxış edən İnnovativ Biznes və İnkubator bölməsinin rəhbəri Rasim Abdullayev son iki ildə AzMİU-da innovasiya istiqaməti üzrə icra olunan layihələrdən söhbət açıb. Rəhbəri olduğu inkubasiya mərkəzi tərəfindən dəstək verilən startaplar, keçirilən seminar, tədbir və konfranslarla bağlı iştirakçıları məlumatlandırıb.
İclasda, eyni zamanda agentlik və digər universitetlərin nümayəndələrinin çıxışları da dinlənilib. Təqdim olunan məruzələr ətrafında geniş müzakirələr aparılıb.