“Memarlıq və İnşaatda Enerji və Ətraf Mühit Texnologiyaları” mövzusunda (ICETEA 2024) beynəlxalq konfrans keçiriləcək
19-21 dekabr tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Qazi Universitetinin birgə təşkilatçılığı ilə “Memarlıq və İnşaatda Enerji və Ətraf Mühit Texnologiyaları” (ICETEA 2024) mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfrans Azərbaycanın və xarici ölkələrin memarlıq və mühəndislik sahələrində fəaliyyət göstərən alim və mütəxəssislərin tədqiqatlarının nəticələrini təqdim etmək üçün platforma rolunu oynayacaq, təcrübə və fikir mübadiləsinin genişləndirilməsinə imkan yaradacaq. Üç gün davam edəcək tədbir çərçivəsində dəvət olunmuş aparıcı alimlərin çıxışları və tematik sessiyalar təşkil olunacaq.
Konfransın əsas istiqamətləri aşağıdakılardır:
1. Enerji və iqtisadi aspektlər
2. Memarlıq və ətraf mühit mühəndisliyi
3. Elektrik və elektronika mühəndisliyi və kompüter elmləri
Qeyd:
• Konfransda iştirak üçün qeydiyyat zəruridir.
• Məqalələr yalnız ingilis dilində qəbul edilir.
• Təşkilat komitəsi seçilmiş məqalələrin Scopus bazasında dərc olunması üçün qiymətləndirilməsini planlaşdırır.
Məqalələrinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edin:
https://conferences.azmiu.edu.az/