İnşaat fakültəsində Zəfər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültə rəhbərliyi, şəhid məzunların valideynləri, yaxın dostları və tələbələr iştirak ediblər.
Dekan Sahib Fərzəliyev və digər çıxışçıların nitqlərində şəhidlərimizin fədakarlığı, qazilərimizin igidliyi, o cümlədən Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun əldə etdiyi tarixi qələbənin önəmi vurğulanıb.
Şəhid valideynləri də tədbirdə çıxış edərək, övladlarının Vətən uğrunda göstərdikləri şücaət və fədakarlığı qürur hissi ilə xatırlayıblar. Övladlarının qəhrəmanlıqlarının yalnız ailələri üçün deyil, bütün Azərbaycan xalqı üçün fəxr mənbəyi olduğunu deyiblər. Şəhidlərə verilən hörmət və ehtirama görə AzMİU rəhbərliyinə və tələbələrə təşəkkürlərini bildiriblər.
Ədəbi-bədii hissədə Zəfər Gününün əzəmətini əks etdirən videoçarx izlənilib, fakültənin əcnəbi tələbələri tərəfindən vətənpərvər ruhlu şeirlər səsləndirilib.