Tələbələrimiz kibertəhlükəsizlik və İT sahəsində ən son yenilikləri öyrəniblər


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika İnformasiya Texnologiyaları (MİT) fakültəsinin tələbələri üçün Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Cybernetics Milli Kibertəhlükəsizlik şirkəti tərəfindən maraqlı və faydalı seminar keçirilib. 

Seminar kibertəhlükəsizlik və İT sahəsindəki ən son trendlərlə bağlı tələbələrə bilik və məlumatların ötürülməsi məqsədini daşıyıb.

Şirkətin şəbəkə təhlükəsizliyi üzrə mütəxəssisi Mehran Hematyar, kibertəhlükəsizlik üzrə mütəxəssisi Elməddin Əzizli və full-stack developeri Zülfüqar Əsgərzadə müxtəlif mövzular üzrə çıxışlar ediblər. Onlar İT sahəsinin inkişaf meyilləri, kibertəhlükəsizliyin vacibliyi, maarifləndirmə tədbirlərinin rolu, dövlət səviyyəsində kibertəhlükəsizlik strategiyaları və uğurlu mütəxəssis olmağın yollarından danışıblar. 

Mütəxəssislər hər bir mövzu üzrə tələbələri maraqlandıran məsələlərə aydınlıq gətirib, onlarla birgə fikir mübadiləsi aparıblar.

Seminarda, həmçinin TEC-in sədri Günel İmamquliyeva və TEC-in MİT fakültə sədr müavini Elvin Qurbanov da iştirak edib. 

Seminar çərçivəsində tələbələr üçün viktorina təşkil edilib, viktorinada qalib gələn beş tələbəyə şirkət tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
 

07-11-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]