TEC-in fəal üzvləri “COP 29: Yaşıl Dünya naminə cari və gələcək perspektivlər” adlı seminara qatılıb


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMiU) Tələbə Elmi Cəmiyyətinin (TEC) üzvləri “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” və “Sosial İnkişafa Yardım” İctimai Birlikləri tərəfindən təşkil edilən “COP 29: Yaşıl Dünya naminə cari və gələcək perspektivlər” adlı seminarda iştirak ediblər.

Seminar çərçivəsində ekoloji mövzular ətrafında geniş müzakirələr aparılıb. Tədbirdə ekoloji siyasət, təmiz enerji mənbələri və dayanıqlı inkişaf məsələlərinə xüsusi diqqət yetirilib. 

İştirakçılar ətraf mühitin qorunması sahəsində həm mövcud vəziyyət, həm də gələcək perspektivlər haqqında məlumatlanıblar.

Gənclər məruzəçilərlə  interaktiv müzakirələr aparıb, onlara suallarını ünvanlayıblar. 

Yekunda aktiv iştiraklarına görə TEC üzvləri də daxil olmaqla gənclərə rəsmi sertifikatlar təqdim olunub.

18-11-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]