ST və MKS fakültəsinin şəhid məzunları ehtiramla anılıb


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin şəhid məzunlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. 

Tədbirdə fakültənin dekan əvəzi Elgiz Həsənov, dekan müavini Hamlet Əliyev, şəhid anaları, tələbələr iştirak ediblər. 

Fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Çıxış edənlər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun qazandığı tarixi zəfərin əhəmiyyətini və şəhidlərin xalqımız üçün fədakarlıq, qəhrəmanlıq simvoluna çevrildiyini vurğulayıblar. Şəhidlərin göstərdiyi misilsiz şücaətin gənc nəsillərə örnək olduğunu söyləyib, AzMİU şəhidləri də daxil olmaqla torpaqlarımının bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyiblər.

Şəhid anaları da övladlarının Vətən uğrunda göstərdikləri şücaət və fədakarlığı qürur hissi ilə xatırlayıblar. Onların qəhrəmanlığının unudulmayacağını, gənclər üçün vətənpərvərlik nümunəsi kimi hər zaman yaddaşlarda yaşayacağını bildiriblər. AzMİU rəhbərliyinə və tələbələrə şəhidlərin ruhuna göstərdikləri ehtirama görə təşəkkür ediblər. 

Anım mərasimi bitdikdən sonra tədbir iştirakçıları fakültənin şəhidlər guşəsini ziyarət ediblər.
 

07-11-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]