Gələcək dizaynerlərin Milli İncəsənət Muzeyinə ekskursiyası təşkil olunub


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Dizayn fakültəsinin Tələbə Elmi Cəmiyyəti (TEC) birinci kurs tələbələri üçün Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil edib. Bu ekskursiya tələbələrə milli incəsənət tarixinin incəliklərini kəşf etməklə yanaşı, bu sahədə biliklərini dərinləşdirib.

Ekskursiya zamanı Mühit dizaynı kafedrasının dosenti və TEC-in sədri Elşad Əliyev müxtəlif dövrlərə aid memarlıq abidələri, heykəltəraşlıq və rəngkarlıq əsərləri barədə danışıb, tələbələrə zəngin sənət tarixini izah edib. Bu, gənclərə həm dizayn sahəsində nəzəri biliklərini artırmaq, həm də incəsənətə yeni baxış bucağından baxmaq imkanı qazandırıb.

Ekskursiyanın təşkilində TEC-in sədr müavini Samirə Qədirova və TEC-in üzvü Çingiz Məmmədov da fəal iştirak ediblər.

01-11-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]