AzMİU-da seminar: “COP29: Qlobal ekoloji problemlər və həlli yolları”
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkil etdiyi seminar keçirilib.
Seminarda fakültə TEC-nin sədri Hamlet Əliyev “COP29: Qlobal ekoloji problemlər və onların həlli yolları” adlı məruzə ilə çıxış edib.
Məruzəçi çıxışında planetimizin qarşılaşdığı qlobal ekoloji problemləri və bu problemlərin həlli yollarını ətraflı şəkildə izah edib.
Belə seminarların tələbələrin ekoloji problemlərə olan həssaslığını artırdığını, onları bu sahədə daha aktiv olmağa təşviq etdiyini vurğulayıb.
Seminar diskusiyya şəklində davam edib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
04-11-2024