Universitetin İnformasiya texnologiyaları və sistemləri kafedrasında elmi seminar keçirilib
25 oktyabr 2024-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnformasiya texnologiyaları və sistemləri kafedrasında elmi seminar keçirilib.
Seminarda Mexanika və informasiya texnologiyaları fakültəsinin İnformasiya texnologiyaları və sistemləri, Texnoloji maşın və avadanlıqları kafedralarının professor-müəllim heyəti iştirak ediblər.
Eyni zamanda Sumqayıt Dövlət Universitetinin Avtomatika və mexanika kafedrasının müdiri, professor Cavanşir Məmmədov, İnformasiya texnologiyaları kafedrasının dosenti Svetlana Əhmədova da seminarda iştirak ediblər.
Kafedranın dissertantı Nəsibə Əmirbəyovanın “Kanal və küvetləri təmizləyən işçi orqanın parametrlərinin tənzimləmə prosesinin alqoritminin işlənməsi” adlı mövzu ilə məruzə edib.
Mütəxəssislər məruzənin elmi əhəmiyyətini yüksək qiymətləndirərək, tədqiqatın praktiki tətbiq potensialını, ölkənin su ehtiyatlarının mühafizəsinə və quruculuq işlərinə verə biləcəyi töhfələri geniş şəkildə müzakirə ediblər.
Müzakirədə seminar iştirakçıları məruzənin gələcək inkişaf istiqamətləri barədə tövsiyələr verib və tədqiqatın yeni nəsil mühəndislər üçün əhəmiyyətini vurğulayıblar.