Tələbələrimiz tullantıların enerji mənbəyi kimi istifadəsini öyrənib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Təmiz Şəhər” Mərkəzində “Bərk Məişət Tullantıları Alternativ Enerji Mənbəyi Kimi” mövzusunda maarifləndirici seminar təşkil edilib. Strateji planlaşdırma şöbəsinin təşəbbüsü ilə baş tutan seminara Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin ekologiya mühəndisliyi ixtisası üzrə I kurs tələbələri qatılıb.
“Təmiz Şəhər” ASC-nin nümayəndəsi Elnur Əliyev tələbələrə enerji istehsalının prinsipləri, bərk məişət tullantılarının idarə olunması və onların alternativ enerji mənbəyi kimi istifadəsi barədə məruzə ilə çıxış edib. O, həmçinin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti haqqında geniş məlumat verərək, bu zavodun Şərqi Avropa və MDB məkanında ən iri müəssisələrdən biri olduğunu və istehsal etdiyi enerjinin Gəncə kimi böyük şəhəri təmin etmək gücündə olduğunu bildirib.
Tələbələrin maraqla izlədiyi interaktiv seminar, onlara gələcək ixtisaslarına dair praktiki biliklər qazanmaqda faydalı olub.