“City Brending” layihəsinin ilkin mərhələsi uğurla tamamlayan tələbələrə sertifikatlar verilib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dizayner tələbələri Qrafik dizayn və media kafedrasının “Jeykhun Imanov Studio” (JIS) ilə birgə həyata keçirdiyi “City Brending” layihəsinin ilkin mərhələsini uğurla tamamlayıb.    

Bu mərhələdə universitetin Dizayn fakültəsinin 163a1, 163a2, 163r1 və 161i qruplarının tələbələri arasında Bakı şəhərinin mədəniyyətini və kimliyini əks etdirən brend elementlərinin yaradılması üzrə müsabiqə keçirilib.  

Layihədə tələbələrə Bakının mədəni irsini və estetik dəyərlərini əks etdirəcək, şəhərin brend kimliyini inkişaf etdirəcək unikal elementlər yaratmaq tapşırılıb. Müsabiqə nəticəsində seçilən işlər funksional, reallaşdırılma potensialına malik və şəhər mühitində emosionallığı ilə təsir göstərə biləcək layihələr kimi qiymətləndirilib.

Dizayn fakültəsinin dekanı Fərid Kərimov, Qrafiq və media dizaynı kafedrasının müdiri Təranə Bəkirova, Dizayn və brendinq sahəsi üzrə ekspert, “Jeykhun Imanov Studio” (JIS) innovasiya agentliyinin kreativ direktoru və təsisçisi Ceyhun İmanov və müəllimlərin iştirakı ilə layihənin ilkin müsabiqə mərhələsində seçilən tələbələrə sertifikatlar təqdim olunub.  

Bildirək ki, növbəti mərhələdə tələbələrin hazırladığı işlərin real mühitdə tətbiqi ilə bağlı addımların atılması planlaşdırılır. Layihə Bakı şəhəri üçün yeni bir kimlik yaratmaq və şəhər brendləşməsi istiqamətində əhəmiyyətli bir addım olacaq.

25-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]