AzMİU-da “AHİK Könüllüləri”  proqramının təqdimatı keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “AHİK Könüllüləri” proqramının təqdimatı keçirilib. 

Tədbiri giriş sözü ilə açan AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həyata keçirilən könüllülük proqramının əhəmiyyəti  və  gənclərin formalaşmasındakı rolunu vurğulayıb. O, bildirib ki, bu cür proqramlar tələbələrin həm akademik, həm də şəxsi inkişaflarına mühüm töhfələr verir, onları ictimai-siyasi həyatda aktiv iştirak etməyə sövq edir və peşəkar hazırlıqlarını gücləndirir. 

AHİK könüllüləri haqqında ətraflı məlumat verən Ələkbər Bafadarov və Vüsalə Hümbətli bu proqramın tələbələrin öz bacarıqlarını inkişaf etdirməsi üçün geniş imkanlar yaratdığını qeyd ediblər. Onlar proqramın gənclərin komanda işi, liderlik və kommunikasiya bacarıqlarını artırmaqla yanaşı, praktiki təcrübələr qazandırdığını diqqətə çatdırıblar.

Yekunda  iştirakçı tələbələrə proqramın detalları, qeydiyyatı prosesi barədə məlumat verilib. Eyni zamanda onların könüllülər proqramı ilə bağlı sualları cavablandırılıb.
 

24-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]