AzMİU-nun müəllimi Bakının infrastruktur problemlərinin müzakirəsində iştirak edib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mühəndis kommunikasiya sistemləri və qurğularının tikintisi kafedrasının dosenti Aqşin Kərimov İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” proqramında son günlər Bakıda yağan leysan yağışlarının səbəb olduğu böhranlı vəziyyəti müzakirə edib.

O, şəhərin köhnəlmiş kanalizasiya sisteminin bu cür hava şəraitində acınacaqlı vəziyyətə düşdüyünü vurğulayaraq, müasir texnologiyaların tətbiqinin və infrastrukturun yenilənməsinin vacibliyini qeyd edib. Bu problemlərin həlli üçün proqnozlaşdırılan yanaşmalara və daha təsirli idarəetmə sistemlərinə ehtiyac olduğunu bildirib.

Proqramı izləmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz: 

https://www.youtube.com/watch?v=Zajax3Yub04

 

23-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]